Ordu.az xəbər verir ki, bu barədə Ağ Evdən olan adıçəkilməyən rəsmi bildirib.
Rəsminin sözlərinə görə, siyahının hazırlanmasına baxmayaraq, hələlik hansısa hava əməliyyatının keçirilməsi barədə son qərar verilməyib.
Qeyd edək ki, Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə ediləcəyinə dair spekulyasiyalar hər keçən gün daha da genişlənir. Rusiya tərəfi isə bunun İdlibdəki terrorçuların provokasiyası olduğunu iddia edir.
Ağalar Ağalarlı
Ordu.az