Rusiya təlimlərin keçirilməsində qərarlıdır

2018/09/Russian-Marines_1535787407.jpg
Oxunub: 550     15:34     01 Sentyabr 2018    
Rusiyanın Aralıq dənizində keçirəcəyi hərbi təlimlərə ABŞ-dan ciddi etirazlar səsləndirilsə də, Moskva bu qərarın qəti olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya donanmasının komandanı Vladimir Korolyov səsləndirib.

O qeyd edib ki, ölkəsi hər hansısa bir beynəlxalq sularda təlim keçirmək planlaşdırırsa, bunu kiminləsə razılaşdırmaq məcburiyyətində deyil.

“Təlimlər planlaşdırıldığı kimi heç bir dəyişiklik edilmədən həyata keçiriləcək. Bu təlimlər Rusiyanın daxili məsələsidir və bu qərara heç kim mane ola bilməz. Əvvəl də deyildiyi kimi 26 döyüş gəmisi və 34 təyyarənin iştirakı ilə Aralıq dənizində planlaşdırılan təlimlər 1-8 sentyabr tarixlərində həyata keçiriləcək”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Təlim  

Rusiya təlimlərin keçirilməsində qərarlıdır

2018/09/Russian-Marines_1535787407.jpg
Oxunub: 551     15:34     01 Sentyabr 2018    