Təmas xəttindən Göyçə gölünə BAXIŞ (FOTOLAR)

2018/08/gg3_1535721204.jpg
Oxunub: 9959     21:05     31 Avqust 2018    
Hələ uşaq yaşlarından bu yer haqqında çox eşitmişdim. Gölün saf, dumduru göz yaşına bənzər suyundan söz açdıqca, xəyalımda o mənzərəni canlandıraradım. Hərdən, uca dağların başında bu gölün necə ola bilməsini düşünər, sonda Allahın yaratdığı bir möcüzə olaraq dəyərləndirərdim. Edilən təriflərə görə bu gölü yaxından görmək arzum daha da artırdı. Yaş ötdükcə, hər kəsin dilində əzbər olan gölü görmək arzumun reallaşacağı günün yaxınlaşmasına çox sevinirdim. 1988-ci ildə ermənilərin Azərbaycana qarşı olan növbəti torpaq idiaları bu arzuma çatmağıma əngəl oldu.

Gedəcəyimiz yer haqqında müəyyən bilgilərim olsun deyə öncədən məkanla bağlı bəzi araşdırmalar aparırdım. Bizə bələdçilik edəcək komandirdən - İdiki gedəcəyimiz yerdən ermənilərin yaşayış məntəqələri görünürmü? - deyə soruşdum. Komandirin verdiyi cavab qulaqlarımda əks-səda verdi. - Hə əlbətdə, bilirsiniz biz hara gedəcəyik, oradan Göyçə gölü görünür. - Hara? - deyə təəccüblə soruşdum. - Göyçə gölü lap aydın görünür. Niyə elə təəccüb etdiniz? - İndiyə qədər ən böyük arzum o gölü görmək olub deyə cavab verdim. O anlarda keçirdiyim hissləri sözlə təsvir etmək mümkün deyil. Doğrudanmı bu vaxta qədər arzusunda olduğum bir məkanı görmək mənə nəsib olacaq. Elə bu düşüncələrlə də üzümü komandirə tutdum. - Göl təmas xəttindən nə qədər uzaqlıqdadır? - Yaxındır, çox yaxındır. Aldığım cavab məni bir az məyus etsə də büruzə vermədim.

Bu xəbər məni çox sevindirmiş, həm də olduqca məyus etmişdi. Sevinmişdim ona görə ki, uzun illərdən sonra xəyalımda canlandırdığım Göyçə gölünü görə biləcəm. Məyus olmuşdum ona görə ki, dünyanın ən saf suyuna malik olan nadir göllərdən birinin sahilində odurub, bu gölün tərif edilən göz yaşı kimi, dumduru suyunda əl üzümü yuya bilməyəcəm. İrəlidə bu məyusluğuma təbiətin bir sürpirizi daha varıydı. Xeyli vaxt heç kim danışmadı, mən gölün uşaqlıqda xəyal etdiyim təsvirini düşünürdüm.

Birdən komandirin səsi məni fikirimdən ayıltdı. - Deyəsən gölü görə bilməyəcəyik. -Niyə komandir nəsə olub ki? deyə soruşdum. - Yox elə bir şey olmayıb, sadəcə qatı duman yolumuzu görünməz edir. Bu cür hava şəraitində çətin ki, gölü görünsün. İndi gölün üstü tamam dumandır.

Eşitdiyim bu sözlər məni ruhdan salmadı. Özlüyümdə lap gecə qalmaq olsa belə komandirdən xahiş edib gözləyəcəyəm deyə fikirimi qətiləşdirdim. Hələ xeyli yolumuz vardı. Qatı dumanın gəlməsi ilə yol kəsdiyinidə maşını saxlayıb bir müddət gözləməli olduq. Arada yaranan fasilədə ara-sıra suallar verir, sanki hərbiçilərin əlindəymiş kimi, dumanın tez çəkiləcəyi, gölü aydın müşahidə edə biləcəyimiz sözünü eşitmək istəyirdim. Təxmini yarım saata qədər gözlədikdən sonra, dumanın seyrəlməsindən istifadə edib yolumuza davam etdik.

Ön xətə çatıb avtomobildən enəndə ilk soruşduğum söz Göyçə gölünün necə görünməsi oldu. Mənim bu tələskənliyim şən biri gülüşə yaratdı. - Hələ bir əsgər çayı için yaxşı olacaq inşallah gölü görəcəksiniz - deyə komandir dilləndi.

Bizə süzülən çayı hələ tam içməmişdik ki, əsgər içəri girərək, stolun üstünə bir qabda peraşki qoydu. Bir peraşkiyə, bir də çönüb əsgərə baxdım. Düzü ilk olaraq hansısa əsgərin valideyninin gəldiyini düşündüm. Üz ifadələrimdə olan çaşqınlığı görən komandir gülümsünərək - Bunu əsgərlər özləri bişirib. Bunun üçün əsgərlərimizə burda hər cür şərait yaradılıb - dedi.

Burada xidmət edən əsgərlərimizlə azacıq söhbət etmişdik ki, dumanın seyrəldiyini dedilər. Gölün üzərində olan duman ara-sıra seyrəldiyindən tam görmək mümkün deyildi. Səngərin təhlükəsiz yerində durub açıq yerlərdən Göyçə gölünü baxırdım. Dərədə olan duman burulğan kimi, yuxarı qalxaraq tez-tez gölün üzərini örtür, bir neçə dəqiqədən sonra müəyyən bir hissədə seyrəlirdi. Elə bil bu hərəkətiylə mənə acıq verirdi. Sanki, hərəkətiylə "bax sənin ürəyində tutduğun arzuna çatmağın mənim əlimdədir" deyirdi. Təxminən bir saat qədər apardığım müşahidələrdə ara-sıra açılan yerlərdən bir neçə şəkil çəkməyədə nail olduq. Gah vaxtsız gəldiyimə görə özümü, gah da gölü tam müşhidə etməyimə mane olan dumanı qınayırdım. Amma bəlkə də heç "günah" nə məndə, nə də dumanda deyildi. Bəlkə də, Göyçə gölü, ulu nənələrimiz yad adamdan yaşmandığı kimi, ilk dəfə onu seyr edən şəxsin qarşısında dumandan üzünə yaşmaq tuturdu. Hər halda biz səhər erkəndən günün göl üzərindən əsrarəngiz qalxışını izləyə bildik.

Daşqın Güneyli
Foto: Elvin Abdulla
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Göyçə-gölü   Qərbi-Azərbaycan   Təmas-xətti  

Təmas xəttindən Göyçə gölünə BAXIŞ (FOTOLAR)

2018/08/gg3_1535721204.jpg
Oxunub: 9960     21:05     31 Avqust 2018    