“TURAZ Şahini-2018” təlimlərində iştirak edəcək aviasiya vasitələrimiz Türkiyəyə gedib

2018/08/cf0c7a28b0feec09abccc4ba4318a0be_1535717174_1535719531.jpg
Oxunub: 1705     20:03     31 Avqust 2018    
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd “MiQ-29” qırıcı və 3 ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TURAZ-Şahini-2018   Hərbi-Təlim   Azərbaycan-HHQ  

“TURAZ Şahini-2018” təlimlərində iştirak edəcək aviasiya vasitələrimiz Türkiyəyə gedib

2018/08/cf0c7a28b0feec09abccc4ba4318a0be_1535717174_1535719531.jpg
Oxunub: 1706     20:03     31 Avqust 2018    