“Northrop”un IBCS-i öz döyüş qabiliyyətini sübut edib

2018/08/received_528437600939120_1534876414.jpeg
Oxunub: 450     02:46     22 Avqust 2018    
“Northrop Grumman”ın Birləşdirilmiş Hava və Raketdən Müdafiə (IAMD) Döyüş Komanda Sistemi (IBCS) ABŞ Quru Qoşunlarının sınağında öz imkanlarını nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, beş həftə ərzində davam edən sınaqlar ABŞ-ın Texas, Yeni Meksika və Alabama ştatlarında baş tutub.

Sınaqlar zamanı adıçəkilən ştatlarda yerləşən müxtəlif obyektlərin hava və raketdən müdafiəsində istifadə olunan IBCS-lərin dəyərləndirilməsi həyata keçirilib.

Sınaqda IBCS-dən virtual olaraq IAMD tapşırıq qüvvəsini formalaşdırmaq və dörd kritik obyekti müdafiə etmək tələb olunub. Bu zaman sistem qırmızı, mavi təyyarələri, qanadlı raketləri və taktiki ballistik raketləri izləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Northrop-Grumman   ABŞ   IBCS  

“Northrop”un IBCS-i öz döyüş qabiliyyətini sübut edib

2018/08/received_528437600939120_1534876414.jpeg
Oxunub: 451     02:46     22 Avqust 2018    