BMT Şimali və Cənubi Koreyanı Nyu Yorkda danışıqlara dəvət edib

2018/08/456456_1534838108.jpg
Oxunub: 656     15:52     21 Avqust 2018    
BMT Baş katibi Antonio Quterreş Şimali və Cənubi Koreya dövlətlərini ABŞ-ın Nyu York şəhərində danışıqlara dəvət edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stefan Ducarrik bildirib.

“Baş katib bu ölkələrlə BMT Baş Assambleyasının qarşıdan gələn sammiti ərzində Koreya yarımadasında nüvəsizləşdirilmənin tamamlanması, davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində tərəflərin göstərdiyi diplomatik səylərə necə dəstək verə bilinəcəyini müzakirə etmək istəyir”, - deyə Ducarrik söyləyib.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Mun Çje-in, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya Xarici İşlər naziri Ri Yonq-honun sentyabrın sonuncu həftəsində dünya liderlərinin BMT çərçivəsində illik toplantısına qatılacağı gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Koreya   Danışıqlar  

BMT Şimali və Cənubi Koreyanı Nyu Yorkda danışıqlara dəvət edib

2018/08/456456_1534838108.jpg
Oxunub: 657     15:52     21 Avqust 2018    