“Münbicdə yenidən birgə patrul reydləri başlayacaq” – Çavuşoğlu

2018/08/456_1534747597.jpg
Oxunub: 216     14:45     20 Avqust 2018    
“Bu vaxta qədər təqvimdə bir neçə günlük gecikmələr olsa da, proses planlaşdırıldığı kimi irəliləyir. Hazırda Münbic daxilində birgə patrul reydləri mərhələsinə keçilir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Serbiya Xarici İşlər naziri İvikaa Dacic ilə Serbiyanın Antalya Fəxri Konsulluğunun rəsmi açılışını edən Çavuşoğlu, mərasimdən sonra birgə mətbuat konfransı təşkil edib.

Açıqlamalarında Münbic məsələsinə də toxunan nazir ABŞ ilə razılaşdırılan prosesin bu vaxta qədər planlaşdırıldığı kimi davam etdiyini və qarşıdakı günlərdə Münbic daxilində birgə patrul reydlərinin başlayacağını bildirib.

YPG-nin Münbicdən çəkilməsi və buranın təhlükəsizliyi məsələsi üzrə birgə tədbirlərin görülməsini nəzərdə tutan Yol Xəritəsi ilə bağlı danışan Çavuşoğlu bu planın daha sonralar Fəratın şərqinə də tətbiq edilə biləcəyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Münbic   Türkiyə-ABŞ  

“Münbicdə yenidən birgə patrul reydləri başlayacaq” – Çavuşoğlu

2018/08/456_1534747597.jpg
Oxunub: 217     14:45     20 Avqust 2018    