Pakistan BQ rəisi: “Pakistandan “Taliban”a heç bir dəstək göstərilməyib”

2018/08/345345_1534746289.jpeg
Oxunub: 227     14:23     20 Avqust 2018    
“Pakistan Əfqanıstanın suverenliyini daima dəstəkləyib və qonşuluqda güclü Əfqanıstanın mövcudluğu İslamabadın da maraqlarına tam uyğun gəlir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pakistanın Baş Qərargah rəisi Cavid Bəcva səsləndirib.

O bildirib ki, “Taliban”ın dəstəklənməsi ilə bağlı hər hansısa bir faktın mövcudluğu Pakistanın qlobal miqyasda nüfuzuna xələl gətirər.

“Qəzni həyata keçirilən fəaliyyət bizə görə terrorçuluq fəaliyyətləridir. Pakistanın “Taliban”a dəstək göstərməsi ilə bağlı səslənən iddiaalar belə bizi çox narahat edir. Şübhəsiz ki, belə bir şeyin olması bizim nüfuzumuzu ciddi şəkildə sarsıdar. “Taliban” Pakistanın da mübarizə apardığı bir qruplaşmadır. Pakistan və Əfqanıstanın suverenliyi hər şeydən daha önəmlidir. Qonşuluqda güclü və stabil Əfqanıstanın mövcudluğu bizim də maraqlarımıza tam olaraq cavab verir”, - deyə Bəcva qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Pakistan   Taliban   Qəzni  

Pakistan BQ rəisi: “Pakistandan “Taliban”a heç bir dəstək göstərilməyib”

2018/08/345345_1534746289.jpeg
Oxunub: 228     14:23     20 Avqust 2018    