İndoneziya və Türkiyə arasında hərbi əməkdaşlıq güclənir

2018/08/39504602_1767890989994642_7773583986181275648_n_1534605354.jpg
Oxunub: 636     23:14     18 Avqust 2018    
Bu həftənin əvvəlində Türkiyənin aerokosmik sahə üzrə fəaliyyət göstərən əsas firması İndoneziyada “workshop” (vörkşop – spesifik məhsulların təqdimatı və onlar haqqında məlumatların verilməsi, o cümlədən əməkdaşlıq müzakirələrinin keçirilməsi üçün tədbir) təşkil edib.

Ordu.az “The Diplomat”a istinadən xəbər verir ki, məsələ ilə bağlı çox az məlumat açıqlansa da, burada xüsusilə pilotsuz hava vasitələrilə əlaqədar əməkdaşlığa diqqət ayrıldığı bildirilir.

Türkiyə və İndoneziya arasında bundan öncə də müxətlif sahələr, radar sistemləri, tanklar, orduların ekspertizasına dair fikir mübadiləsi və s. üzrə hərbi əməkdaşlıq mövcud idi.

İndoneziya prezidenti Coko Vidodonun nəzarəti altında hər iki tərəf bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini gücləndirir. Ötən il Vidodo Türkiyəyə rəsmi səfər edərək İndoneziya dövlət təyyarə istehsalçısı “Dirgantara Indonesia” və “Türkiyə Aerokosmik Sənayelər” şirkətlərinə dair Anlaşma Memorandumu imzaladı.

Memorandumda terrorimzlə mübarizə, kəşfiyyat materiallarının mübadiləsi sahələrindən savayı, dron və sualtı gəmilərin istehsalı kimi spesifik sahələr üzrə əməkdaşlığın artırıması nəzərdə tutulurdu.

“Türkiyə Aerokosmik Sənayelər” firmasının açıqlamasına görə, bu həftə Cakartada baş tutan görüşdə isə İndoneziya Müdafiə Nazirliyi tərəfindən Pilotsuz Hava Vasitələri Sistemlərinə dair elan edilmiş tenderdə potensial əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   İndoneziya   Hərbi-Əməkdaşlıq  

İndoneziya və Türkiyə arasında hərbi əməkdaşlıq güclənir

2018/08/39504602_1767890989994642_7773583986181275648_n_1534605354.jpg
Oxunub: 637     23:14     18 Avqust 2018    