Filippin Rusiyadan döyüş gəmiləri ala bilər

2018/08/4564_1534588012.jpg
Oxunub: 541     20:43     18 Avqust 2018    
Filippin hökuməti donanma daxilində döyüş gəmilərinə olan ehtiyacını qarşılamaq üçün Rusiya ilə danışıqlar aparır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Filippinin Rusiyadakı səfiri Karlos Soretta bildirib.

O qeyd edib ki, hazırda Filippin donanmasının müxtəlif həcmli 8-12 döyüş gəmisinə ehtiyacı var.

“Hökumətimiz buradakı səfirlik vasitəsilə artıq Rusiya ilə rəsmi müzakirələrə başlayıb. Razılıq əldə ediləcəyi təqdirdə müxtəlif həcmli 8-12 ədəd döyüş gəmisinin alınmasını planlaşdırıq. Bu layihə iki tərəf arasında daha öncə bağlanan “Yeni Müdafiə Əlaqələri” memorandumunun tərkib hissəsi olacaq”, - deyə səfir bildirib.

Qeyd edək ki, sözügedən memorandum çərçivəsində bu günə qədər Rusiya Filippinə 20 ədəd nəqliyyat vasitəsi, 5 min ədəd AK-74M tüfəngi, 1 milyon patron və 5 min ədəd döyüş dəbilqəsi təhvil verib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Filippin   Rusiya   Hərbi-əməkdaşlıq  

Filippin Rusiyadan döyüş gəmiləri ala bilər

2018/08/4564_1534588012.jpg
Oxunub: 542     20:43     18 Avqust 2018    