Çin prezidenti KXDR-ə ilk dəfə səfər səfər edəcək

2018/08/23423_1534581233.jpg
Oxunub: 617     17:31     18 Avqust 2018    
Çin prezidenti Si Tsinpinq Kim Çen Inın dəvəti üzərinə gələn ay Şimali Koreyaya səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, 2012-ci ildən etibarən prezident postunu tutan Tsinpinqin KXDR-ə ilk səfəri olacaq.

Sonuncu dəfə KXDR-ə səfər edən Çin prezidenti Tsinpinqin sələfi olan Hu Cintao olub və səfər 2005-ci ildə baş tutub.

Qeyd edək ki, Çin KXDR-in əsas partnyoru hesab edilir. Bu il ərzində Kim Çen In üç dəfə Pekində olub və müxtəlif məsələlər üzrə danışıqlar həyata keçirib.

Si Tsinpinqin xəbəri ABŞ-ın KXDR-ə nüvə proqramından imtina etməsi üçün yeni sanksiyalar tətbiq etməsindən sonraya təsadüf edir. Belə ki, bu həftə ABŞ KXDR-ə alkoqol və tütün məhsulları ixrac edən Çin firmalarına sanksiyalar tətbiq edib.

Ağalar Ağalarlı

Teqlər: Çin   KXDR  

Çin prezidenti KXDR-ə ilk dəfə səfər səfər edəcək

2018/08/23423_1534581233.jpg
Oxunub: 618     17:31     18 Avqust 2018    