Merkel Putinlə bu mövzuları da müzakirə edəcək

2018/08/56786_1534580294.jpg
Oxunub: 256     16:17     18 Avqust 2018    
Almaniya Kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin Almaniyaya səfərindən öncə bəzi açıqlamalar verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Monteneqro Baş naziri Dusko Markoviçlə Berlindəki görüşündən sonra danışıb.

Birgə mətbuat konfransında Putinin səfəri barəsində sualı cavablandıran Merkel Rusiyanın təkcə Suriya deyil, həm də Ukrayna böhranının həllində əhəmiyyətli rola sahib olduğunu bildirib və bu məsələlərin görüş zamanı müzakirə ediləcəyini söyləyib.

“Biz Rusiya ilə yaxşı əlaqələrə sahib olmaq istəyirik və bu Putinlə baş tutacaq görüşümüzdən asılıdır”, - deyə Merkel əlavə edib.

Qeyd edək ki, Merkelin gözlənilməz dəvəti üzərinə Putin bu gün Berlinə səfər edəcək. İki lider may ayında Soçidə baş tutan görüşdən sonra ilk dəfə bir araya gələcəklər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Merkel-Putin   Görüş  

Merkel Putinlə bu mövzuları da müzakirə edəcək

2018/08/56786_1534580294.jpg
Oxunub: 257     16:17     18 Avqust 2018    