ABŞ Almaniyanın "Tornado"nu əvəzləmə proqramına təsir edə bilərmi?

2018/08/58ae9546df170fd907188bcb6256eac0_1534575016.jpg
Oxunub: 501     14:47     18 Avqust 2018    
Almaniyanın nüvə imkanlı “Tornado” təyyarələri üçün effektli əvəzləyici axtarması səylərini ABŞ rəsmiləri bu prosesi yaxından izləyiblər.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı Almaniyanın elan etdiyi tenderdə iştirak edən 4 kompaniyadan 3-ü ABŞ-ındır.

Buna baxmayaraq Almaniya Müdafiə Nazirliyinin rəsmiləri avropalı təyyarə “Eurofighter Typhoon”a daha çox maraq göstərirlər. “Airbus”, “Leonardo” və “BAE Systems” tərəfindən birgə istehsal edilən təyyarənin 2040-cı ildə bütövlükdə qitənin əsas hava silahı olmasına çalışırlar.

Siyasilər isə tender ətrafında gərgin diplomatik təşəbbüslər göstərirlər. Soyuq Müharibə dövründə qəbul edilmiş NATO razılaşmasına görə Almaniyaya “Tornado”nu nüvə imkanı ilə təmin etməyə icazə verilib. Bu icazə ilə təyyarə ABŞ-ın atom bombalarını daşıya biləcəkdi.

Çoxsaylı azaltmalardan sonra hazırda təxminən 20 ədəd B-61 versiyalı bombanın hələ də “Büchel” aviabazasında olduğu güman edilir.

Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi Conni Maykl ABŞ hökumətinin “Tornado”nun əvəzlənməsi proqramı ilə əlaqədar Almaniya MN-lə yaxından əlaqə saxladığını, lakin bu proqrama dair yekun qərarın Almaniyanın suveren işi olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ Almaniyanın "Tornado"nu əvəzləmə proqramına təsir edə bilərmi?

2018/08/58ae9546df170fd907188bcb6256eac0_1534575016.jpg
Oxunub: 502     14:47     18 Avqust 2018    