"DSX-nin fəaliyyəti müddətində 1000-dən artıq bina istifadəyə verilib" - Elçin Quliyev

2018/08/12_1532698433_1534573489.jpg
Oxunub: 759     14:24     18 Avqust 2018    
"Bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

E.Quliyev bildirib ki, sərhədçilər üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması məsələlərinə Prezident İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb: “Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 14 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Goradil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Şüvəlan qəsəbəsində yeni hərbi hissə, Bakı şəhərinin Nərimanov rayonunda 312 mənzilli yaşayış binaları inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. Bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib. Son günlərdə “Göytəpə” sərhəd dəstəsinin “Daşkənd” sərhəd zastavasının və “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavasının yeni inşa olunan xidməti və yaşayış binaları komplekslərinin açılışlarının edilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etməsini göstərir”.

E.Quliyev xatırladıb ki, sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub.

Ordu.az

Teqlər: DSX   Bayram  

"DSX-nin fəaliyyəti müddətində 1000-dən artıq bina istifadəyə verilib" - Elçin Quliyev

2018/08/12_1532698433_1534573489.jpg
Oxunub: 760     14:24     18 Avqust 2018    