Elçin Quliyev: “Hədəfimiz işğal altında olan ərazilərdə sərhəd mühafizəsinin qurulmasıdır”

2018/08/12_3065395762_1534572557.jpg
Oxunub: 976     14:07     18 Avqust 2018    
“Əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

O qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında yaxın müddətdə dövlətin ərazi bütövlüyü təmin ediləcək və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcək.

“Buna əmin olan Azərbaycan sərhədçiləri bu vəzifənin icrasında şərəflə iştirak etməyə daim hazırdırlar. Əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir”.

Ordu.az

Teqlər: DSX   Qarabağ  

Elçin Quliyev: “Hədəfimiz işğal altında olan ərazilərdə sərhəd mühafizəsinin qurulmasıdır”

2018/08/12_3065395762_1534572557.jpg
Oxunub: 977     14:07     18 Avqust 2018    