Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" (MÜSAHİBƏ)

2018/08/11_1534574756.jpg
Oxunub: 3263     15:37     18 Avqust 2018    
"Azərbaycan əsgəri öz ölümünü deyil, yaşayaraq düşməni məhv etmək haqqında düşünməlidir. Doğrudur, Vətən üçün hər kəs canını sevə-sevə fəda edər, amma qarşımızda rəhimsiz və qəddar düşmən olduğu müddətcə yalnız yaşamaq haqqında düşünməliyik".

"Ön xəttə qulluq edən erməni əsgərlərinin səs-küyünü açıq eşidirdik. Dərslərini yaxşı alacaqlarını bildikləri üçün əsgərlər arasında olan çaxnaşma və narahatlıq elə kəndlərə də təsir etmişdi. Biz tərəfə atəş açmağa cürət etmədilər. Əsgərlərin narahatlığı, onlar arasında olan təşviş, kəndlərdə də çaxnaşma yaratmışdı. İndiyə qədər onları belə görməmişdik. Kəndlər tamamilə boşaldılırdı".

Azərbaycan-Ermənistan sərhəd xəttində Vətən torpaqlarını qoruyan əsgərlərimizin yanındayıq. Müsahibim, Azərbaycan Ordusunun hərbi qulluqçusu Vüqar Qaraşov düşmənlə birbaş təmas xəttində yerləşən kəndlərdən birində yaşayır.

- Vüqar, kəndiniz təmas xəttində daim düşmənin atəşi altında olub. Gördüyümüz kimi, kəndin yuxarı başında düşmən mövqeləri qurulub. Bizə maraqlıdır hərbçi, o cümlədən həmin kəndin sakini olaraq yaranmış vəziyyətlə bağlı nə deyə belərsən?

- Uşaqlıqdan rayonun bir neçə kəndinin ermənilər tərəfindən işğal edilməsi və burada yaşayan dinc sakinlərə edilən işgəncələr onlara hərb sənətini sevdirib. Qarşımızdakı, Bağanis Ayrım kəndi işğal olunarkən, orada kütləvi qırğınlar törədilərkən mən hələ körpə uşaq idim. Sonralar böyüdükcə bu kəndin köçkün sakinləri ilə çox söhbətim oldu. O zaman onlar başlarına gətirilən müsibətlərdən danışırdılar. Onlarla hər bu barədə olan söhbətim məni çox sarsıdırdı. Orada yaşayanlar bizim analarımız, bacılarımızdır. İstəməzdik ki, kiməsə nəsə olsun. Məndə elə bu şərti gözümün qabağına gətirib, hərbiyə gəlmişəm. Hərbi xidmətə ona görə gəlmişəm ki, ermənilər tərəfindən soydaşlarımıza verilən zülmün qisasını almaqda ən azından bir faiz də olsa mənim də rolum olsun.

Sözünə ara verib, əlindəki binokulla qarşı tərəfi müşahidə edib, yenidən sözünə davam edir.

Hərbi xidmət vaxtımın yaxınlaşmasını çox səbrsizliklə gözləyirdim. Həqiqi hərbi xidmətə 2014-cü ildə getmişəm. Ən böyük istəyim də, təmas xəttində xidmət etmək olub. İlk xidmətim arxa cəbhədə olsa da, istəyimə çatmaq üçün, müddətdən artıq xidmət keçmək qərarına gəldim.

- Hər gün buradan düşmən tərəfi müşahidə edirsən. Müşahidə etdiyin hansı mənzərə səni daha çox narahat edir?

- Hər gün xidmət etdiyim yerdən onlara tərəf baxanda çox təsirlənirəm. Buradan baxanda aydın görünür ki, o vaxt kəndlərimiz çox yaxın olub. Amma diqqət edin, bir tərəfdə ermənilərin təm-təraqlı evləri, onlardan qısa bir məsafədə isə bizim kəndlərimizin xarabalığa çevrilmiş mənzərəsi (Dodağını dişləyib dərindən köks ötürür). Hazırda onların yaşadığı kəndlərdə rahat olmalarını, məşğuliyyətlərini görəndə bu mənə çox təsir edir. O xarabalıqlarda nə qədər günahsız soydaşlarımızı qətlə yetiriblər. Özü də düşünəndə ki, ermənilərin bu yaşadıqları ərazilər qədim Azərbaycan torpaqlarıdır, bax onda adam öz torpağında düşmənin rahat gəzməsini heç həzm edə bilmir. Çox narahatlıq keçirirəm. Necə ola bilər ki, onların ana-bacıları indi mənim babalarımın evində rahat yaşasınlar, amma mənim ana-bacılarım öz dədə-baba yurdundan didərgin salınsın, işgəncələrlə qətlə yetirilsin?! Bilirsiniz, onlar bu kəndlərdə nə qədər günahsız qız-gəlin, körpə uşağı öldürüblər, yandırıblar... Belə şeyləri düşünəndə adamın düşmənə nifrəti, daha da artır.

- Aprel hadisələri zamanı düşmən tərəfdə nələr müşahidə edirdiniz? Cəbhə xəttində xəttində baş verənlər bu istiqamətdə də öz təsirini göstərirdimi?

- Bilirsiniz, o zaman müşahidə etdiklərimizi gərək özünüz görərdiniz (Gülür). Ön xəttə qulluq edən erməni əsgərlərinin səs-küyünü açıq eşidirdik. Dərslərini yaxşı alacaqlarını bildikləri üçün əsgərlər arasında olan çaxnaşma və narahatlıq elə kəndlərə də təsir etmişdi. Biz tərəfə atəş açmağa cürət etmədilər. Əsgərlərin narahatlığı, onlar arasında olan təşviş, kəndlərdə də çaxnaşma yaratmışdı. İndiyə qədər onları belə görməmişdik. Kəndlər tamamilə boşaldılırdı. Biz dinc sakinlərə atəş açmadıq. Halbuki, buradan onları tam rahatlıqla "dənləmək" mümkün idi. Hamımız bir nəfər kimi, hücum əmri gözləyirdik.

Təmas xəttində daha çox hansı təxribatlara əl atırlar?

- Çox vaxt kənlərimizi atəşə tutumaqla kifayətlənmirlər. Bir də görürsən ki, örüşdə otlayan heyvanları belə güllələyirlər. Təsəvvür edirsiniz, bunlarda şərəf deyilən bir şey yoxdur. Onlar üçün bir məqsəd var, nə olursa olsun, təki azərbaycanlılara maddi və mənəvi ziyan vursunlar. Onların tək düşüncələri budur. Bütün bunlar, bu hərəkətlər, onların əsl xislətindən xəbər verir. Amma erməni nə qədər zülümkar olsa da onu bilməlidir ki, onlar kimlərinsə hesabına bizə qarşı təxribatlar apara bilərlər, nəyəsə nail ola bilərlər, amma bu müvəqqəti ola bilər. Çünki, vaxt o vaxt, zaman o zaman deyil. Onlar nə qədər hiyləgər olsalar da bilməlidirlər ki, qarşılarında tarix yazan bir xalqın övladları var.

- Aprel hadisələrində əldə edilən uğurlar erməni əsgərləri arasında sarsıntı yaradıb. Bu halı sıfır nöqtəsində düşmən tərəfi müşahidə edəndə sezmək olurmu?

- Əlbəttə, inanırsınız o zamana kimi, ermənilərin postlarında canlanma az da olsa müşahidə edilirdi. Amma indi səngərlərində gənc əsgərləri tək-tək görmək olur. Postda ən çox müşahidə etdiyimizin əksəriyyəti mülkü formada, özü də yaşlı adamlardır.

- Bu da artıq bizim düşmən üzərində mənəvi-psixoloji qələbəmizdir. Elə deyilmi?

- Əlbəttə, ermənilər yaxşı bilirlər ki, indi yaşadıqları torpaqlar əzəli Azərbaycan torpaqlarıdır. Onlar bu torpaqlarda məskunlaşandan sonra, zaman-zaman tarix boyu bizə çox zülümlər yaşadıblar. Bütün bu işgəncələr daim davam etməz axı... Buna bir dur deməyin vaxtının artıq yetişdiyini onlar da yaxşı bilir. Buna görə də düşmən bilməlidir ki, artıq qarşısında müstəqil bir dövlətin çox güclü bir ordusu var.

Mən buradan həmyaşıdlarıma, gənclərə bu xalqın mərd oğullarına səslənirəm. Doğrudur, Vətən üçün ölmək də olar. Buna da sevə-sevə hazırıq. Amma Vətən üçün ölməyi düşünmək yox, yaşamağı, bu Vətən torpağını qorumağı düşünmək lazımdır. Heç bir halda Azərbaycan əsgəri öz ölümünü düşünməməlidir. Azərbaycan əsgərinin boynunda bu xalqın başına gətirilən tarix boyu əzilən bir xalqın zəfər tarixini yazmaq yükü var. Azərbaycan əsgəri öz ölümünü yox, yaşayaraq düşməni məhv etmək haqqında düşünməlidir. Vətən üçün hər kəs canını sevə-sevə fəda edər, amma qarşımızda rəhimsiz və qəddar düşmən olduğu müddətcə yalnız yaşamaq haqqında düşünməliyik. Düşmənə nifrət, xalqıma firavanlıq üçün, Azərbaycan oğlu yalnız düşmənin ölümünü öz əlləriylə gerçəkləşdirməyi düşünməlidir. Mən inanıram ki, o zəfər tarixi çox da uzaqda deyil.

Daşqın Güneyli
Foto: Elvin Abdulla
Ordu.az

Teqlər: Səngər   Qarabağ   Qələbə  

Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" (MÜSAHİBƏ)

2018/08/11_1534574756.jpg
Oxunub: 3264     15:37     18 Avqust 2018    