İraq HHQ Deyr əz-Zorda İŞİD-i bombalayıb

2018/08/Air-Strike_1534509161.jpg
Oxunub: 209     20:31     17 Avqust 2018    
İraq Hərbi Hava Qüvvələri bu gün səhər saatlarından başlatdığı əməliyyat çərçivəsində Suriyanın Deyr əz-Zor vilayətində İŞİD mövqelərini bombalayıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Deyr əz-Zorda olan hərbi mənbə bildirib.

Mənbənin sözlərinə görə, vilayətin Fərat çayı vadisinin şərqində yerləşən Həccin qəsəbəsində fəaliyyət göstərən terrorçulara ağır zərbələr endirilib.

İraq HHQ-yə məxsus döyüş təyyarələri birbaşa terrorçuların Həccin yaxınlığındakı düşərgəsini hədəf alıb. İtkilər barədə dəqiq məlumat olmasa da, çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İraq   Suriya   İŞİD  

İraq HHQ Deyr əz-Zorda İŞİD-i bombalayıb

2018/08/Air-Strike_1534509161.jpg
Oxunub: 210     20:31     17 Avqust 2018    