Ermənistan ordusunun HHM xidmət rəisi yaralandı - ƏTRAFLI

2018/08/received_2454096568149830_1516210077_1527078862_1534493044.jpeg
Oxunub: 2606     16:02     17 Avqust 2018    
Bu gün saat 00:10 radələrində Loru vilayətinin Vanadzor-Dilican yolunda Şirak vilayətinin Marmaşen kənd sakini 41 yaşlı Manvel Qulumçyanın idarə etdiyi "Mercedes" markalı və Çarentsavan şəhər sakini 23 yaşlı Masis Poğosyanın idarə etdiyi VAZ 21014 markalı avtomobillər toqquşub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avtoqəza nəticəsində "Mercedes" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 150 m məsafəyədək bir neçə dövrə vuraraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində hər iki sürücü və VAZ 21014 markalı avtomobilin sərnişinləri olan Rusiya vətəndaşları 52 yaşlı Tamara Hakobyan, 13 yaşlı Kristina Bayanduryan müxtəlif bədən xəsarətləri ilə Vanadzor xəstəxanasına təxliyyə ediliblər.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin ordu korpuslarından birinin Hava Hücumundan Müdafiə xidmətinin rəisi olan "Mercedes" markalı avtomobilin sürücüsü 41 yaşlı Manvel Qulumçyan avtomobili idarə edərkən sərxoş olub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  

Ermənistan ordusunun HHM xidmət rəisi yaralandı - ƏTRAFLI

2018/08/received_2454096568149830_1516210077_1527078862_1534493044.jpeg
Oxunub: 2607     16:02     17 Avqust 2018    