Tankları necə görünməz etmək olar? – ARAŞDIRMA (FOTOLAR)

2018/08/64_1534408430.jpg
Oxunub: 3049     16:24     16 Avqust 2018    
Ekspertlər, yüksək dəqiqlikli silahların istifadə effektivliyini taktiki nüvə sursatları ilə müqayisə edirlər, çünki onlar da düşmən texnikalarına ciddi zərər verə bilir. Məsələn, İraqda "Sadarm" raketinin 121 ədəddən ibarət özütuşlanan kasset tipli döyüş başlığı, 48 ədəd tank və özüyeriyən artilleriya qurğusunu dərhal məhv etdi.

Bir tankı məhv etmək üçün 2-3 ədəd "Smart 155" tipli kasset elementi kifayətdir. Buna görə bahalı zirehli vasitələri qorumaq üçün görünməni azalda bilən vasitələrinin tətbiqi ildən-ilə artacaq. Bu sahədə iki istiqamət üzrə inkişaf daha aktualdır: biri aviasiya və kosmik kəşfiyyat vasitələrinin, digəri isə zirehli vasitəni aşkar edən düşmən texnikası tərəfindən məhv edilmə riskini azaldan texnologiyaların tətbiqi. Görünən diapazondan başlayaq. İnsan gözünün gördüyü elementlərin aşkar edilməsini azaltmaq üçün istifadə edilən ənənəvi üsullar arasında görüntünü deformasiya edən rəngləmə, müxtəlif maska və maskalanma torlarının tətbiqi geniş yer almaqdadır.

Yuxarıdakılara nümunə olaraq, NATO ölkələrində qəbul edilən "Leopard 2A6" tanklarının üç komponentli standart deformasiya boyasını və ya T-72 tanklarında istifadə edilən "Nakidka" dəstini göstərmək olar.

T-72 tanklarında istifadə edilən "Nakidka" dəsti və Rusiya elmi-tədqiqat institutunun deformasiya boyası

Rusiya elmi-tədqiqat institutunun istehsal etdiyi deformasiya boyası hərbi texnikanın aşkarlanma ehtimalını 1.5- 2.0 dəfə azaldır. İndi Qərb ölkələrində belə yüngül zirehli obyektlərin yaradılması üçün iş aparılır. İsveş CV90120, Polşa isə PL-01 yüngül tankları üzərində çalışır. Tankların silueti uzunsov saxta bortlara, korpusun dərinliyindəki aerozol pərdəsi yaradan qurğuya və AMAP-ADS aktiv mühafizə kompleksinə malikdir.

Rusiya elmi-tədqiqat institutunun XC-5146 boyası əsasında hazırladığı deformasiya boyası müasir yerli zirehli nəqliyyat vasitələri üçün əsas boya kimi istifadə edilir. Boyama sistemi üç rəngdən istifadə edir: yaşıl, boz-sarı və qara. Diqqətlə seçilən spektral xüsusiyyətlər müvafiq fonlara və təbii obyektlərə mümkün qədər uyğun olmalıdır.

Deformasiya boyaları düz xətli olmamalıdır, həndəsi formalara bənzəməməlidir və maşının uzununa oxu boyunca davam etməməlidir. Bununla, TƏİRK operatorlarının və artilleriya tuşlayıcılarının görmə məsafəsində müşahidəçilərə maksimum səmərəli təsir əldə edilir.

Zirehli vasitələrin deformasiya boyanmasında ən əsas məqam yaşıl və boz-sarı rəngli ləkələrin nisbətidir. Tankın yerləşdiyi ərazi bu nisbəti təyin edir, məsələn Beyləqan istiqamətində 60:35 nisbətində boz sarı, Tovuz istiqamətində isə əksinə eyni nisbətdə yaşıl üstünlük təşkil etməlidir. Qara rəng maskalanmada ağac və kol üzərində kölgələri əks etdirir, buna görə də onların nisbəti sabit olaraq qalır.

Bu boyaları polad, alüminium, titan, rezin və radio dalğaları udan səthlərə çəkmək olar. 0Tankların dayaq təkərlərini boyamaq isə əks effekt verir, buna görə onlar rezin tərkibli parça materialdan yerə qədər "tuman" örtüklə təmin olunur ki, bu da maskalanan səth sahəsinin atmasına səbəb olur.

Belə ki, 500 mm klirensə sahib Fransanın "Leclerc" tanklarının deformasiya "makiyaj"ına sahib elastik ekranlar yerdən 390 mm səviyyəsinə qədər endirilib.

ABŞ ordusu kamuflyaj boyamada adətən 4 rəngdən istifadə edir: yaşıl (40%), sarımtıl boz (15%), qəhvəyi (40%) və qara (5%). Sonuncu qara rəng asılan avadanlıqları və silahları gizlətməyə imkan verən 0.1-0.2 m enində və 0.5-0.8 m uzunluğunda kontrast xətlərini çəkmək üçün istifadə edilir.

Zamanla Almaniya da monoton sarı-zeytun rəng sxemindən üç rəngli NATO standartına keçdi. Sonra isə "Leopard-2PSO" tanklarında istifadə edilən ağ, açıq yaşıl və qara rəngli və biri-birini əvəzləyən düzbucaqlı fiqur ləkələrindən ibarət xüsusi örtük təqdim etdi.

"Şəhər" kontrastlı "Leopard-2PSO"

Şəhər şəraitində tankın görünməsini azaltmaq üçün həyata keçirilir. Zirehli bir vasitənin görünməməsi üçün təsirli üsullardan biri də təbii və süni materiallardan hazırlanan maskalardan istifadədir. Tor üzərində sintetik yarpaqlar uzunömürlü olması ilə təbii maddələrdən fərqlənir. Belə ki, bu metodla maskalanan bir tankı orta hesabla 500 metr məsafədən fərqləndirmək çətindir.

ABŞ ordusunda isə LCSS adlı yüngül maskalanma örtüyündən istifadə edilir. Tankın hər tərəfində bir, ön tərəfdə isə iki dayaq dirəkləri basdırılır. Meşə, səhra və Arktik variantda istehsal edilən örtük bu dirəklərə və tanka boltlarla bərkidilir.

"Abrams" Baltik ölkələrində LCSS "maskalanma örtüyünün" meşə variantında

Vizual maskalanma vasitələrinin sonrakı inkişafı tankları yalnız düşmən gözündən deyil, eləcə də onun infraqırmızı cihazlarından və lokatorlarından qorumağa imkan verir.

Tankların IR və RLS diapazonlarında ekranlaşdırılması vəzifəsi, şəbəkəni istilik və radiolokasiya şüalanmasını effektiv şəkildə səpələməyi bacaran üç ölçülü xüsusi əksetdiricilərlə doldurulması hesabına əldə edilir. Lokatorlar üçün görünmə 1-100 GHz diapazonuna qədər azalır, IR kontrastı isə görünən yaxın spektrdə nizamlanır.

İsveçin SSAB şirkətinin istehsalı olan kompleks "Barracuda" "Mobile Camouflage System" adı ilə məşhurdur və dünyanın 50 ölkəsinə satılır.

SAAB şirkətindən müxtəlif versiyalarda "Barracuda MCS"

Rusiyada, sözügedən sistemlərin analoqu "Polad" Elmi Araşdırma İnstitutunun "Nakidka" texnologiyasıdır. Tankı vizual görünmədən qorumaq azdır, onun RLS diapazonunda görünməsini azaltmaq lazımdır. Bunu etmək kifayət qədər mürəkkəbdir: hamar səthlər, 2-3 bucaqlı elementlər, silindrlər və kürə formalı fərqli detallar fərqli əksetdirmə fonu yaradırlar. Nəticədə tankın mükəmməl və yaddaqalan RLS "portreti" formalaşır - özütuşlanan sursatların başlığı isə ümumi maneə fonunda tankı rahatlıqla ayırd edə bilir.

Belə olan vəziyyətdə yeganə xilas yolu, aviasiyada sınaqdan keçirilən "stels" texnologiyadan istifadə etməkdir. Bu texnologiya prinsiplərini dizaynın erkən mərhələsində həyata keçirmək lazımdır. Lakin hesablama və modelləşdirmə mərhələsində belə problemlər yaranır. Təyyarə və ya gəmi ilə vəziyyət daha sadədir - ətrafda sabit radiosiqnal mühitinə malik yalnız atmosfer və ya su hövzəsi mövcuddur. Lakin yerüstü texnikaların RLS-də görünməsini dəfələrlə azaltmaq üçün mütləq ətraf mühitin xüsusiyyətlərini, temperaturunu və s. nəzərə almaq lazımdır.

Hazırda radara görünməmə səviyyəsinə görə dünya liderlərindən biri T-14 "Armata" tanklarının olduğu iddia edilir. Müasir texnologiyaların, tank əleyhinə sursatlara konkret model texnikaların siqnallarını tanıya bilən sensorlar yerləşdirilməsini mümkün etdiyini də xatırlatmaq yerinə düşər.

Aşağıda norveçli tədqiqatçılar tərəfindən yaradılan tank modeli və onun radiosiqnal sxemi təqdim edilib.

Tank modeli və onun radiosiqnal sxemi

Standart tank modeli və onun RLS şüalanmasının geriyə səpələnməsi diaqramı

Perspektiv tank modeli və və onun RLS şüalanmasının geriyə səpələnməsi diaqramı

Tankların radarlara görünməsinin digər bir səbəbi də həm gecə, həm də gündüz gizlədilməsi mümkün olmayan istilik şüalanmasıdır. Hazırda tankın istilik enerjisini kəşfiyyat vasitələrinin qəbul edə bilmədiyi digər formalara çevirməyə imkan verən heç bir texnologiya mövcud deyil. Təbii ki, mühəndislər tərəfindən istilik təsirini azaltmaq üçün ekranlardan, xüsusi emallardan, səmərəli dizayn elementlərindən və taxılıb-çıxarıla bilən aksesuarlardan istifadə etmək, həmçinin mühərrik və sürətlər qutusunu "bələmək"lə işlənmiş qazların səsboğucu borusunu arxaya və ya alta çıxarmaq təklif edilir.

Tankın mühərrik transmissiya bölməsinin (MTB) qapağı güclü bir istilik mənbəyidir. Onun temperatur kontrastı isə mühərrikin iş rejimi ilə təyin edilir. Bu mənfi funksiyanı neytrallaşdırmaq üçün çıxış kollektoru istilik keçirməyən materiallar ilə izolyasiya edilir, xarici hava kütləsi ilə mühərriki soyutmaq üçün elektrikli sərinkeşlər quraşdırılır, MTB qapağının altına istilik əleyhinə örtük çəkilir və s. Məsələn, T-80UD tanklarının MTB-də aralıq hissəsindən soyuq hava kütləsi ilə soyudulan ikiqat qapaq tətbiq edilir, bu isə 6 dəfəyə qədər tank istiliyini azaltmağa imkan verir.

Bu yeniliklərin əsas məqsədi "Skeet" və "Sadarm" kimi özütuşlanan başlıqların tankları aşkaretmə məsafəsini azaltmaqdan ibarətdir. Termal radiasiyanın müasir vasitələrinin həssaslığı 16 mikrona qədərdir. İşçi diapazonda termal vasitələrin uzun dalğaları "udma" xətlərində mövcud olan oksigen, hidrogen, su, karbon dioksid, azot və digər maddələrin təsirlərini "udmaq" qabiliyyətinə malikdir. Araşdırmalar göstərir ki, texnikanın mühərrik istiliyini xətti spektrə malik olan işlənmiş qazlar ilə birlikdə kənara atmaq mümkündür. Maraqlıdır ki, işlənmiş qazların tərkibində də atmosferdəki elementlərin eyni xətləri mövcuddur.

Udma xətti ilə istilik xəttinin tezliklərinin üst-üstə düşməsi üçün onların temperaturunu təxminən bərabərləşdirmək lazımdır.
Bunu etmək üçün atmosfer havası ilə işlənmiş qazları xüsusi bir kamerada qarıdırmaq lazımdır. Hesablamalara görə, 5:1 nisbətində hava ilə mühərrik qazlarını qarışdırmaq daha səmərəli nəticə verir. İlk dəfə bu metodu ABŞ hərbçiləri M-60A3 tanklarında tətbiq edib.

INTERMAT kompleks avadanlığı ilə "Leclerc" tankı

Belə tədbirlərin müasir nümunəsi INTERMAT kompleks avadanlığı ilə təchiz edilən "Leclerc" tankları oldu. Bu kompleksdə infraqırmızı diapazonda görünməni azaltmaq üçün uzun, yan saxta bort örtükləri kimi xüsusi konstruksiya elementlərindən və masakalanma boyasından istifadə edilir.

İsveçin CV90120T tanklarının son versiyasında yan bortlar istiliyi əks etdirən materialdan hazırlanan 14 sm-lik altıbucaqlı üzlük formasında xüsusi panellərlə təchiz olunub. Bort kompüteri döyüşün gedişində 1000 plitədən ibarət panel üzərində yüngül minik avtomobilinin istilik siqnaturasını yaradır və düşməni yanlış istiqamətə yönləndirir.

"BAE Sistems"dən CV90120T

Bu tanklarda ayrılıqda FLIR-kameralar fəaliyyət göstərərək ətraf mühitin termal siqnaturasını izləyir və panellərin temperaturunu ətraf mühitin temeraturuna uyğunlaşdırır. Böyük kalibrli atıcı silahların belə bir yeniliyə qarşı reaksiyası barədə məlumat verilmir.

Və nəhayət, bu polad panel komplekslərin istənilən tank üçün əsas mənfi bir cəhəti böyük bir kütləyə və əhəmiyyətli istilik ətalətinə sahib olmasıdır. Ətraf mühitin temperaturu dəyişdikdə (kölgəlik ərazidə yerləşmə və ya günəş batması) ətraf mühitin aşağı istilik ətaləti qısa bir zamanda yeni şəraitə uyğunlaşmağa imkan verir. Poladın yüksək istilik keçiriciliyi səbəbindən tank daha uzun müddət dayanmadan sonra da termal kamerada yüksək kontrastda əks olunur. Belə bir fundamental çatışmamazlığı ideal halda aradan qaldırılmaq üçün zirehə 8-10 mm istilik izolyasiya boyasını iki dəfəyə çəkmək lazımdır.

Yuxarıda göstərilən tədbirlər dəstinin tam həyata keçirilməsi ilə, tankın görünməsini azaltmaq üçün tankın optika ilə aşkarlanmasını 1.5 dəfə, RLS ilə aşkarlanmanı 3.6 dəfə, istilik kontrastının isə 10 dəfə azalmasına nail olmaq mümkündür. Bu isə maraqlı nəticəyə gətirib çıxarır. Məsələ ondadır ki, 100 min dollara qədər dəyəri olan yüksək dəqiqlikli sursatların bir çox modelləri yalnız hədəf aşkaretmənin kifayət qədər yüksək ehtimal edildiyi hallarda istifadə edilə bilir.

Bir çox ordularda yüksək dəqiqlikli sursatlardan istifadənin ən sərfəli ehtimal əmsalı 0.8 hesab edilir. Kompleks maskalanma isə bu əmsalı 1.5 dəfə azaldırsa, o zaman yüksək dəqiqlikli sursatlardan istifadənin, yaxın zamanlarda səmərəsiz bir fəaliyyətə çevrilə biləcəyi real görünür.

Yazı Yevgeni Fyodorovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Tank   Maskalanma  

Tankları necə görünməz etmək olar? – ARAŞDIRMA (FOTOLAR)

2018/08/64_1534408430.jpg
Oxunub: 3050     16:24     16 Avqust 2018    