Rusiya MHD 350 fərqli yeni silah sistemləri ilə təchiz edilir

2018/08/567567_1534248967.jpg
Oxunub: 1808     19:10     14 Avqust 2018    
Rusiyanın Mərkəzi Hərbi Dairəsinin modernizasiyası çərçivəsində çox sayda yeni silah-sursatla təchiz edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı hərbi dairənin komandiri general-leytenant Aleksandr Lapin bildirib.

O qeyd edib ki, ilkin mərhələ olaraq iyul ayı ərzində sözügedən silahlardan 149-unun təhvil işləri yekunlaşdırılıb.

“Hərbi təchizat proqramı çərçivəsində 2018-ci ilin yekununa kimi 350-dən çox müxtəlif silah-sursat və hərbi texnikanın Mərkəzi Hərbi Dairəyə verilməsi planlaşdırılır. Başlanğıc üçün iyul ayı ərzində 149 ədəd müxtəlif növ silah-sursat və hərbi texnikanın təhvili yekunlaşdırılıb. Bu silahların içində əsas önə çıxanlar Mi-24P helikopterləri, BMP-2M zirehli personal daşıyıcılar, Su-34 bombardımançılarıdır”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Mərkəz-Hərbi-Dairəsi  

Rusiya MHD 350 fərqli yeni silah sistemləri ilə təchiz edilir

2018/08/567567_1534248967.jpg
Oxunub: 1809     19:10     14 Avqust 2018    