ÇİN XİN: Pekin MMSQ-yə görə məntiqli əsaslandırma gözləyir

2018/08/W020151028023490510914_1534227129.jpg
Oxunub: 801     14:02     14 Avqust 2018    
ABŞ-ın 2019-cu maliyyə ili üzrə hərbi xərclərlə bağlı büdcə layihəsi Çinə məxsus 2 şirkətin xidmətindən istifadəyə sanksiya qoyulmasını da nəzərdə tutur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı kəskin mövqe ortaya qoyub.

Məsələ ilə bağlı verilən bəyanatı səsləndirən nazirliyin mətbuat katibi Lu Kanq bildirib ki, Pekin bu fikir ortaya atıldığı andan etibarən Vaşinqtondan məntiqli əsaslandırma tələb etsə də hələlik qarşı tərəfdən heç bir cavab verilməyib.

“Biz ABŞ-ı Çinə və Çin-ABŞ əlaqələrinə qarşı obyektiv münasibətdə olmağa çağırırıq. ABŞ-ın hərbi xərclər büdcəsində Çin şirkətlərinin ayrılacaq qrantlarda iştirak etməsinə qoyulan qadağa heç bir məntiqə söykənmir. Biz qarşı tərəfdən bunun üçün bir əsaslandırma verilməsini bir neçə dəfə tələb etmişik, lakin hələlik konkret bir cavab aldığımızı söyləmək mümkün deyil. Bu belə davam edərsə, Çin çox kəskin cavab verməli olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Milli Müdafiə Səlahiyyətləndirmə qanunu ABŞ-ın 2019-cu maliyyə ili ərzində elan edəcəyi hərbi tenderlərdə çinin “Huawei” və ZTE şirkətlərinin iştirakına qadağa qoyur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   ABŞ   MMSQ  

ÇİN XİN: Pekin MMSQ-yə görə məntiqli əsaslandırma gözləyir

2018/08/W020151028023490510914_1534227129.jpg
Oxunub: 802     14:02     14 Avqust 2018    