Avstraliya donanması Yaxın Şərqdən çıxarılacaq

2018/08/39066588_283464458915380_3401115839275991040_n_1534165967.jpg
Oxunub: 909     02:10     14 Avqust 2018    
Avstraliya hökuməti donanmanın Yaxın Şərqdəki mövcudluğuna son vermək fikrindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Avstraliya hökumətinin hərbi xərcləri azaltmaq barədə olan planlarıdır.

Belə ki, Avstraliya donanmasının 1990-cı ildən bu yana Yaxın Şərq zonasında hərbi mövcudluğu bu ölkə üçün on milyardlarla dollara başa gəlib.

Rəsmi rəqəmlər göstərir ki, hazırda Avstraliya donanmasının Yaxın Şərqdə, o cümlədən İran körfəzində, Benqal körfəzində, Ərəbistan dənizində yerləşdirilən hərbi qüvvələri daxilində 20-dən çox döyüş gəmisi və 4500-ə qədər hərbçi mövcuddur ki, hazırda bunun üçün də illik 2 milyard dollardan çox vəsait xərclənir.

Bu hərbi qüvvələrin bölgədən çıxarılaraq ölkəyə gətirilməsi Avstraliya hökumətinə təxminən 1,7 milyard dollara qənaət etmək imkanı verəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Avstraliya   Yaxın-Şərq  

Avstraliya donanması Yaxın Şərqdən çıxarılacaq

2018/08/39066588_283464458915380_3401115839275991040_n_1534165967.jpg
Oxunub: 910     02:10     14 Avqust 2018    