“Milli təhlükəsizlik qanunu NATO üzvlərindən dəstək görür” – Poroşenko

2018/08/39036890_2010701045888280_842021466433126400_n_1534165570.jpg
Oxunub: 858     23:05     13 Avqust 2018    
“Milli təhlükəsizliklə bağlı qəbul edilən yeni qanun layihəsi Ukrayna ordusunda gələcək islahatlar üçün strategiyaları müəyyən edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko bu fikirləri özünün rəsmi “Facebook” səhifəsindən etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, NATO-ya inteqrasiya yolunda atılan ən əhəmiyyətli addım olan Milli Təhlükəsizlik qanunu Ukrayna üçün yeni imkanlar ortaya çıxarır.

“Hərbi sahədə yeni islahat üçün strategiyaları müəyyən edən bu qanun layihəsinin qəbul edilməsi Ukrayna üçün bir dönüş nöqtəsidir. Bu qanun layihəsi bütün NATO müttəfiqlərindən dəstək görüb. Artıq alyansa üzvlük yolunda bütün əngəllər aradan götürülmək üzrədir”, - deyə Poroşenko bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   NATO  

“Milli təhlükəsizlik qanunu NATO üzvlərindən dəstək görür” – Poroşenko

2018/08/39036890_2010701045888280_842021466433126400_n_1534165570.jpg
Oxunub: 859     23:05     13 Avqust 2018    