DSX-nin hərbi hissələrində seminarlar keçirilib - FOTOLAR

2018/08/photo_20180813120544_1534151842.jpg
Oxunub: 2772     17:16     13 Avqust 2018    
Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin Horadiz, Göytəpə, Yevlax, Zaqatala və Şəmkir şəhərlərində yerləşən hərbi hissələrində “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzusunda seminarlar keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, Seminarlar başlanmazdan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrdə Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub və Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.

Dövlət himninin səslənməsi ilə başlanan seminarlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərin­dən söz açılıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilib, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən seminarlarda böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulan­ıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən seminarlarda respublikamızın tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarların sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Ordu.az

Foto

Teqlər: DSX   Seminar  

DSX-nin hərbi hissələrində seminarlar keçirilib - FOTOLAR

2018/08/photo_20180813120544_1534151842.jpg
Oxunub: 2773     17:16     13 Avqust 2018    