Ermənistan Naxçıvanda vəziyyəti gərginləşdirir: Hərbi qulluqçumuz yaralandı

2018/08/39017512_429545630900060_8222399749261623296_n_1534141417.jpg
Oxunub: 2240     14:20     13 Avqust 2018    
Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Naxçıvan   Təxribat  

Ermənistan Naxçıvanda vəziyyəti gərginləşdirir: Hərbi qulluqçumuz yaralandı

2018/08/39017512_429545630900060_8222399749261623296_n_1534141417.jpg
Oxunub: 2241     14:20     13 Avqust 2018    