ABŞ-ın Türkiyəyə sanksiyaları ilkin mərhələdə 2 nazirə tətbiq ediləcək

2018/08/345345_1533194203.jpg
Oxunub: 948     15:28     02 Avqust 2018    
ABŞ-ın Türkiyəyə qarşı planlaşdırdığı sanksiyalar paketində iki hökumət üzvünün adı da qeyd olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məəlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Bildirilib ki, sanksiyaların tətbiq olunacağı şəxslər artıq müəyyən edilib

Belə ki, amerikalı keşiş Pastor Brunson azadlığa çıxarılmayacağı təqdirdə hələlik Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül və Daxili İşlər naziri Süleyman Soyluya sanksiyalar tətbiq edəcək.

Sanksiyalara ABŞ-ın maliyyə sisteminə hər hansısa formada çıxışın əldə edilməsinə mane olmaq, onların ABŞ-dakı mülklərinə əl qoyulmasını və eyni zamanda bütün ABŞ vətəndaşlarının və biznes qurumlarının bu şəxslərlə maliyyə əlaqələrinin qurulmasına əngəl qoyulması daxildir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-Türkiyə   Sanksiya  

ABŞ-ın Türkiyəyə sanksiyaları ilkin mərhələdə 2 nazirə tətbiq ediləcək

2018/08/345345_1533194203.jpg
Oxunub: 949     15:28     02 Avqust 2018    