Trampın NATO və Çinlə xüsusi müharibəsi – ANALİZ

2018/07/54_1532760949.jpg
Oxunub: 3311     14:49     28 İyul 2018    
Şimali Atlantika Alyansının sonuncu sammiti Birləşmiş Ştatlar və NATO-nun Avropa müttəfiqləri arasında kəskin ayrılığın olduğuna şahidlik etdi.

Əvvəlcədən ehtimal edildiyi kimi, xeyli gecikmə ilə sammit yerinə gələn Tramp xüsusilə Almaniyaya tənqidə tutaraq, onun müdafiə xərclərinin az olduğunu və Rusiyanın əsiri olduğunu bildirdi.

Trampın Drezdendə STASI-yə rəhbərlik edən Matias Uorninq tərəfindən irəli sürülən “Şimal Axını” boru xəttinin öhdəsindən gəlməsi mümkün deyil.

O, avropalıların Şimali Amerikanın şist qaz və neftini almasını istəyir – lakin bu, nail olması çox çətin bir hədəfdir.

Avropa iki enerji oliqopolisti tərəfindən mübahisə olunur.

Üstəlik Tramp Əfqanıstan və Gürcüstan haqqında uzun və əlaqəsiz müzakirələri ləğv etdi və NATO-nun avropalı üzvlərinə belə bir xəbərdarlıq etdi - əgər müdafiə büdcələri 2019-cu il yanvarın 1-i etibarilə ÜDM-nin 2%-nə çatdırılmasa ABŞ alyansdan kənarlaşmaqla özü bunu edəcək.

Bəzi ilkin qarşıdurmalardan sonra Stoltenberq ABŞ-ın tələblərinə cavab verməyə üzv dövlətlərin liderləri arasında konfidensial görüş təşkil etdi.

Bəs NATO daxilində müdafiə xərcləri üzərində məlumatların analizi bizə nə deyir?

Alyansın ən böyük töhfə verəni olan ABŞ-ın 2017-ci il müdafiə büdcəsi 686 milyard dollar olub ki, bu ÜDM-nin 3,6%-nə bərabərdir.

Elə həmin il bütün digər NATO üzvlərinin müdafiə xərcləri 271 milyard dollar dəyərində olub.

ABŞ-dan başqa sadəcə 9 dövlət müdafiəyə 10 milyard dollardan daha çox xərcləyir – Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Türkiyə, İspaniya, Polşa və Niderland.

Üstəlik ABŞ NATO-nun Avropa üzvlərinin marağında olmayan digər regionlara –Sakit okean, Cənubi Amerika və s. bölgələri nəzarət etməlidir.

Hazırda Avropadan sadəcə üç ölkə - Birləşmiş Krallıq, Yunanıstan və Estoniya 2% hədəfinə nail olub. Rumıniya, Latviya və Litvanı 2%-dən sadəcə 0,3% ayırır.

Əgər Alyansın bütün üzvləri müdafiə xərclərini ÜDM-nin 2%-nə çatdırsalar, NATO-nun ümumi büdcəsi 114 milyard dollar böyüyəcək.

Bəs effektiv Avropa Silahlı Qüvvələri yaratmaq üçün nə qədər lazımdır?

Uzun müddətli büdcə kəsintiləri və siyasətçilər arasında laqeydliklər nəticəsində Almaniya əsgərləri effektli müdafiə cihazları, qış paltarları, çadırlar və s-dən məhrumdurlar.

2017-ci ilin sonu etibarilə Almaniya Silahlı Qüvvələrinin əməliyyat üçün uyğun formada olan sualtı gəmisi yoxdur. Onun 14 böyük transport təyyarəsindən heç biri uçuşa hazır deyil və bütün dəniz və hava filotiliyası təmirdədir.

Almaniya ordusunda həm qırıcı təyyarələr, həm gəmilər, həm də tanklar üçün ehtiyat hissələr və texnoloji dəstək ləvazimatlarının çatışmazlığı mövcuddur.

Hazırda 21 min alman zabit vəzifəsi boşdur – bu isə əsgərlər üzərində aşkar təsir göstərir. Almaniyanın müdafiə büdcəsi ÜDM-nin 1,2%-nə bərabərdir.

Fransanın hərbi sistemi Almaniyanınkı ilə müqayisədə çox effektlidir. Buna baxmayaraq, İqtisadiyyat və Maliyyə Nazirliyinə Müdafiə Nazirliyi tərəfindən təklif olunan müdafiə xərcləri layihəsinə veto qoyma hüququ verən 14 saylı qanun Fransanın hərbi sistemini zəiflədə bilər.

Üstəlik bu qanunun Fransanın Daimi Strukturlaşdırılmış Əməkdaşlığın (PESCO) üzvü olduğu bir vaxtda qəbul olunması onu bir qədər da maraqlı edir. PESCO Avropa İttifaqının 25 dövlətinin iştirakı ilə hərbi qüvvə formalaşdırılmasını nəzərdə tutur.

Bütün bunlarla eyni zamanda Çin 2019-cu maliyyə ili üçün hərbi xərclərini 8,1% artırmağı planlaşdırır. O, 2017-ci ildə müdafiəyə 151 milyon dollar xərcləyib. Buna baxmayaraq Çinin ümumilikdə büdcəsi diqqətlə öyrənilməlidir. Çünki bir çox Nazirliklərin, məsələn Nəqliyyat, Təhsil, Kommunikasiya Nazirliklərinin Xalq Azadlıq Ordusu ilə çox yaxın əlaqələri mövcuddur.

Digər tərəfdən Çin prezidenti Si Tsinpinq yaxın dövrdə hərbi və mülki inteqrasiyanı gücləndirmək məqsədilə Mərkəzi Komissiya formalaşdırdı.

Bu siyasi xətt NATO-nun avropalı üzvlərinin də müdafiəyə daha çox diqqət ayırmasına gətirib çıxaracaq.

NATO-nun partnyor dövlətlərinə diqqət yetirsək, Ukrayna ABŞ üslublu ÜDM-nin 3,57%-nə bərabər müdafiə büdcəsi ilə NATO-nun 2% tələbinə nail olan yeganə dövlətdir. Gürcüstan isə 2% səviyyəsindən bir qədər aşağıdır.

Rusiya 2018-ci ildə müdafiə büdcəsini artıraraq 51,53 milyard dollara çatdırıb. Lakin onun ÜDM-dəki payı əvvəlki illə müqayisədə azalıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   NATO   Çin  

Trampın NATO və Çinlə xüsusi müharibəsi – ANALİZ

2018/07/54_1532760949.jpg
Oxunub: 3312     14:49     28 İyul 2018    