Rusiya dronlara qarşı süni zəka sistemi təkmilləşdirir

2018/07/6456_1532601871.jpg
Oxunub: 767     18:43     26 İyul 2018    
Rusiyanın “Sozvezdiye Group” firması qanunsuz dronlarla mübarizə aparmaq məqsədilə süni zəkaya əsaslanan radio-elektron sistem yaradıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Boçarov bildirib.

“Firmamız qanunsuz dronlara qarşı mübarizə problemini aradan qaldırmaq məqsədilə yüksək peşəkarlıq səviyyəsində elektron müharibə sistemi ərsəyə gətirib”, - deyə Boçarov bildirib.

Onun sözlərinə görə, kompaniya kiçik ölçülü mobil elektron sistemi yaradır. Bu sistem dronlara müdaxilə edərək, onları faydasız metal parçasına çevirə biləcək.

Sistemin hazırda eksperimental əməliyyat sınağında olduğu və onun çatdırılmasının 2019-cu ildə başlanacağı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Dron   SZ  

Rusiya dronlara qarşı süni zəka sistemi təkmilləşdirir

2018/07/6456_1532601871.jpg
Oxunub: 768     18:43     26 İyul 2018    