Erməni əsgər analarından etiraz: "Mən oğlumu verdim, qoy biri oğullarının barmağını versin"

2018/07/5345_1527584573_1532600998.jpg
Oxunub: 1695     18:27     26 İyul 2018    
"Oğullarımızın məzarlarını ziyarət etmək üçün kifayət qədər pulumuz yoxdur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dinc şəraitdə öldürülən erməni əsgərlərin anaları yenidən hökumət binası qarşısında etiraz edərkən bildiriblər.

Bu dəfə etirazçı erməni əsgər anaları sosial vəziyyətləri ilə bağlı danışıblar.

"Əvvəllər hər hansısa bir kömək alırdıqsa, indi bu da kəsilib. Hər həftə oğullarımızın məzarını ziyarət edirik, vəziyyətimiz imkan vermir, hamımız əlil qadınlarıq. Əvvəllər bu vəsaitləri prezident tərəfindən alırdıq və indi ən azı hökumət ayırmalıdır", - deyə onlar şikayətləniblər.

Erməni əsgər anaları yeni reallıqlar qarşısında uşaqları ilə bağlı cinayət işlərinin araşdırılacağına ümid etmədiklərini qeyd ediblər: "Biz gözümüzlə görməyənə qədər, heç kimə inanmırıq. Biz böyük uşaqlar verdik və bu gün heç bir şey yoxdur, gedək oturaq və ağlayaq. Mən oğlumu verdim, qoy biri oğullarının barmağını versin, əgər belə olsa bu dövlətdən heç bir şey tələb etməyəcəm".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Etiraz   Əsgər-anaları  

Erməni əsgər analarından etiraz: "Mən oğlumu verdim, qoy biri oğullarının barmağını versin"

2018/07/5345_1527584573_1532600998.jpg
Oxunub: 1696     18:27     26 İyul 2018    