"Thales Group": Dünya nəhəngi Azərbaycana nə verə bilər? - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2018/07/7_1532592924.jpg
Oxunub: 6647     16:15     26 İyul 2018    
"Thales" şirkətinin zəngin tarixi keçən əsrlərdən başlayır. Aşağı templərlə yaradılan, lakin diqqətlə planlaşdırılan şirkət əlamətdar birliyə və gücə malikdir Onun strukturlarını rəqiblərinə nisbətən daha üstün şərtlərə uyğunlaşdırmaq üçün davamlı tədbirlər həyata keçirilir.

1968-ci ildə "Thomson-Brandt" (əvvəllər CFTH) peşəkar elektronika müəssisəsi "Compagnie Générale de Télégraphie Sans Fil" (CSF) ilə birləşərək "Thomson-CSF" şirkətini formalaşdırır.

"Compagnie Française Thomson-Houston" (CFTH) şirkəti 1893-cü ildə ABŞ-ın "Thomson-Houston Electric Corp." şirkətinin patenti əsasında, inkişaf etməkdə olan elektrik enerjisinin istehsalı və ötürülməsi bazarında fəaliyyət göstərməsi üçün yaradılıb. CSF isə 1918-ci ildə təşkil edilərək televiziya yayımında qabaqcıl şirkətlərdən hesab edilirdi. 1957-ci ildə iə CSF, yayım, qısa dalğa, elektron akustika, radar və televiziya sistemlərinin inkişafı sahəsində liderlərdən biri olan "Société Française Radioélectrique" (SFR) ilə birləşdi.

Şirkət ilk böyük ixrac müqavilələrini 1973 və 1979-cu illərdəki neft böhranından sonra Yaxın Şərqdə əldə etdi. Müqavilə böyük miqdarda şəbəkə ötürücülərinin, silikon yarımkeçiricilərin və tibbi görüntüləmə (CGR) aparatlarının istehsalını nəzərdə tuturdu. 1998-ci ildə "Alcatel", "Dassault Industries", "Thomson-CSF" və "Thomson SA" şirkətləri Fransa hökuməti tərəfindən təklif edilən əməkdaşlıq proqramı əsasında birgə fəaliyyət planına qoşuldular. Əsas fəaliyyət sahəsi peşəkar müdafiə və elektronika vasitələrinin istehsalı olan müəssisələrin imkanlarını birləşdirilməsi, dövlətin payının 58 %-dən 40 %-ə qədər azaldılmasına səbəb oldu.

Özəlləşdirmədən sonra Avropadakı şirkətin filiallarının davamı Cənubi Afrika, Avstraliya, Cənubi Koreya və Sinqapura qədər uzandı. 2000-ci ildə Böyük Britaniyada əldə edilən "Racal Electronics" şirkəti fransızların ikinci ən böyük "yerli" sənaye bazası oldu. Müdafiə və informasiya texnologiyaları sahəsində xidmət müəssisələri genişləndı.

Bu yeni satınalmalar, eləcə də daxili iqtisadi artım şirkətin biznes portfelini radikal şəkildə dəyişdirdi.

2000-ci illərdə yeni yaradılan qurumlar ilk növbədə "Thomson-CSF" qrupunun "ikili texnologiya" təcrübəsindən faydalanaraq müdafiə və aviasiya sahəsində imkanlarını artıraraq, şirkətin bazarda lider mövqeyə malik olmasına şərait yaratmaq üçün nəzərdə tutulurdu. Bütün mülki işçilər lider meyarlara cavab vermirdi, buna görə də şirkət qeyri-strateji aktivlərin bölüşdürülməsi proqramına başladı.

2000-ci ilin dekabr ayında isə "Thomson-CSF" adını "Thales Group" olaraq dəyişdirən şirkət, artıq müdafiə sənayesi sektorunda ilk Transatlantik birgə müəssisəsi kimi dünya lideri kimi təsdiq olunan ABŞ-ın "Raytheon" kimi nəhəng şirkətinə rəqib oldu.

2001-ci ilin sentyabrın 11-dən sonra "Thales" şirkəti, dünyadakı geosiyasi və iqtisadi inkişaf templərinə cavab vermək üçün müdafiə sektorunda ən çox tələb edilən texnologiyaların intensiv seqmentlərinə, xüsusilə şəbəkə mərkəzli vasitələrə və qarşılıqlı təsir gücünə malik avadanlıqların istehsalına diqqətini gücləndirdi. Eyni zamanda, qrup müdafiə avadanlıqlarının və proqram sistemlərinin artan mürəkkəbliyi ilə qarşılaşan müştəri ölkələrin ehtiyaclarını ödəmək üçün baş podratçı və istismar təminatçısı kimi öz rolunu da genişləndirdi.

"Thales" "çoxmillətli" inkişaf siyasətini həyata keçirir. İlk növbədə yaradılan birgə müəssisələr vasitəsilə, həm müdafiə və aviasiya məhsulları bazarına, həm də filiallarına tam nəzarətə nail olur. Məsələn, İngiltərənin ikinci ən böyük müdafiə müqaviləsinə sahib olan "Thales UK" filialı perspektiv CVF təyyarə daşıyıcıları da daxil olmaqla, Müdafiə Nazirliyinin bir sıra proqramları üçün əsas podratçı şirkət olaraq seçilib.

Şirkət qeyri-strateji mülki layihələri başa çatdırmaq üçün, xüsusilə də "Thales SHIELD" təşəbbüsü ilə genişlənən mülki təhlükəsizlik bazarında öz imkanlarını birləşdirməklə strukturlarını yenidən qurmaqda davam edir.

2004-cü ildə mülki sektordakı ümumi texnologiyaların həyata keçirilməsini asanlaşdırmaq və yeni layihələr əldə etmək məqsədilə "Thales" altı bölmədən ibarət yeni bir qurum yaratdı.

2007-ci ildə "Thales" şirkətinin tarixində, "Alcatel-Lucent" şirkətilə nəqliyyat, təhlükəsizlik və kosmik fəaliyyət sektorunda uzunmüddətli tərəfdaşlıq haqqında müqavilə imzalanması yeni bir səhifə açdı. Yeni "Thales" tərkibinə daha çox yeni personal, yeni mütəxəssislər, yeni avadanlıqlar cəlb etdi, nəticədə şirkət daha da gücləndi və gəlirləri artdı. "Thales" şirkəti sənayenin müdafiə, aerokosmik, və təhlükəsizlik seqmentində müstəsna texnoloji imkanlara malik olan böyük bir dünya liderinə çevrildi.

2007-ci ildə "Thales" dəniz sektorunda Fransanın ən nəhəng şirkəti olan DCNS (sonradan "Naval") ilə imzaladığı müqavilədə, birinci 25% pay əldə edərək dənizçilərin sənaye tərəfdaşı ortağı olmasına imkan verdi. Bu ittifaq, Avropa proqramlarının əsas ixrac müqavilələri üzrə "Thales"in dəniz avadanlıqlarının istehsalı sahəsində etibarlı təəfdaş kimi mövqeyini gücləndirdi.

2009-cu ildə "Dassault Aviation" şirkəti "Thales" şirkətindən "Alcatel-Lucent"in payını aldı. Hazırda şirkət qrupun əsas özəl səhmdarı və sənaye tərəfdaşıdır. Yeni sabit səhmdar baza ilə "Thales" öz tarixində yeni bir səhifə açdı. Şirkətin möhkəm və dərin köklərə malik strategiyası, ikili təyinatlı müdafiə və mülki texnologiya məhsullarının istehsalı, avadanlıq və sistemlərin inteqrasiyası, əsas müqaviləyə və xidmətlərə görə "qiymət zənciri" arasındakı düzgün balansı əks etdirir.

"Thales" şirkətinin ən böyük nailiyyətlərindən biri də supersəs layihəli "Konkord" təyyarələrinin istehsalında iştirak etməsi olub. 10 il ərzində bu təyyarələrdən 1300 ədədi 260 milyard dollar dəyərində istehsal edilib. Bu təyyarələr London və ya Parisdən birbaşa Nyu Yorka və geriyə uçması ilə, Transatlantik uçuş vaxtını isə iki dəfə azaltması ilə yadda qalıb.

30 illik fəaliyyətdən sonra "Konkord" təyyarələrinin istismarı dayandırıldı. Hazırda şirkət NASA-nın yeni tədqiqat layihələrinin sifarişi üzrə kompozit materiallar hazırlayır.

"Thales" şirkətinin Axtarış və Texnologiyalar departamentinin əsas vəzifəsi elmi və texniki cəmiyyətlərdə öz təsirini genişləndirmək, yenilik və məlumat paylaşma üçün platforma təklif etmək və əldə edilən təcrübələrə əsaslanan istedadlı elm məzunlarını əməkdaşlığa cəlb etməkdir. "Thales" kritik informasiya sistemlərini tərtib edir, onları inkişaf etdirir, aşkarlama, analiz və qərar qəbuletmə texnologiyasında getdikcə daha inkişaf etmiş texnologiyaları əldə etməyə çalışır. Şirkətin əsas yeni innovativ istiqamətlər aşağıdakılardır:

- Təhlükəsiz hərbi rabitə;
- Kosmik sistemlər;
- Aeronaviqasiya;
- Aviasiya vasitələrinin elektron avadanlıqları;
- Dövlət informasiya şəbəkələrinin təhlükəsizliyi.

Adını yunan filisofu Thalesdən götürən və Fransa hökumətinin də paya sahib olduğu şirkət 56-dan çox ölkədə filialları vasitəsilə fəaliyyət göstərir. "Thales Group" 1893-ci ildə qurulub, 64 min insanın çalışdığı şirkətin 2016-cı ildə gəlirləri 14.9 milyard avro təşkil edib. Ümumi istehsalın 55% -i hərbi təyinatlı məhsullardır. Dünyada döyüş təyyarələrinin ən yüksək səviyyəli müasir elektron sistemlərinin, RLS-lərin, təyyarələrin hava hücumundan xəbərdarlıq və müdafiə vasitələrinin istehsalçısı adını qoruyan şirkət hazırda dünyanın ən böyük 10 müdafiə sənayesi şirkətindən biridir. Şirkətin əsas səhmdarları arasında Fransa hökuməti 27.1%-lik, "Dassault Group" isə 25.9%-lik paya malikdir.

Şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsullar siyahısına aerokosmik, rabitə, ərazidə kənar dalğaların yayılmasına mane olan REM, hava hücumundan müdafiə, silah, sursat, optik, elektron, idarəetmə, nəzarət, radiolokasiya vasitələri və enerji sektorunda istifadə edilən müasir avadanlıqlar daxildir.

Şirkətin çalışdığı istiqamətlərdən biri də gələcəkdə göy üzündə görünəcək daha az yanacaq istehlak edən və daha az zərərli qaz emissiyasına malik təyyarələr yaradılmasından ibarətdir. Burada elektrik mühərriklərindən istifadə nəzərdə tutulur. Artıq protitotip səviyyəsində modellər mövcuddur. Bu platformalar yerdən şaquli olaraq qalxa biləcək və şəhər ərazilərində aşağı yüksəkliklərdə uça biləcək.

Elektriklə çalışacaq modellər emissiya tullantılarını hazırda 50%, 2020-ci ilə qədər isə 80% azaltmağa imkan verəcək. Mühərrik istehsalçılarının səyləri və sistemlərin daha çox elektrikləşdirilməsi yeni təyyarələrin daha güclü olmasına və ətraf mühitə daha az ziyan vurmasına səbəb olacaq.

Şəhər üzərində uçan kiçik hava vasitəsiləri artıq hava taksisi xidmətində istifadə edilir. Lakin bu layihələrin tam yayılması üçün şəhərlərin nəqliyyat sektoruna ciddi sərmayələr yatırılmalıdır.

"Thales" mülki və müdafiə təyinatlı elektron avadanlıqların, təyyarələrin elektrik istehsalı və enerji çevrilməsi sistemlərinin istehsalında dünyanın ən yaxşı üç təchizatçısından biridir.

"Airbus" təyyarələrinin A380 və A400M modelləri üçün "Thales" "Safran" ilə birgə dəyişkən tezlikli enerji istehsalı texnologiyasını yaradıb, "Falcon 5X" qırıcılarını isə son texnoloji avadanlıqların tam dəsti ilə təchiz edib. A350 XWB modelini isə şirkət elektrik mühərrikinin konvertasiya sisteminin əsas komponentləri ilə təmin edib.

"Thales" istehsalı olan "Scott Swanson" PUA-ları bir çoxlarına tanış gəlməyə bilər. Mülki sahədə də tətbiq edilə bilən PUA-lar döyüş sahəsində də öz geniş imkanlarını sübuta yetiriblər. Bu zərbə tipli PUA 2001-ci ilin sentyabrın 11-dən sonra ABŞ HHQ-nin "Predator" aparatları ilə bərabər "Taliban" lideri Molla Ömərin səhrada gizləndiyi yük maşının axtarışında və izlənməsində iştirak edib. Doğrudur onun açdığı atəş nəticəsiz olsa da, 2001-ci ildə "Thales" istehsalı olan "Scott Swanson" zərbə PUA-sı ilk dəfə döyüşdə tətbiq edildi.

Şirkətin istehsal etdiyi "Ground Master 400" rəqəmsal HHM radarı, "Rafal" qırıcıları üçün elektron optik avadanlıqlar, Fransa, Yaponya, İndoneziya, Malaziya ve Türkiyə tərəfindən silahlanmaya qəbul edilən C4I idarəetmə sistemi hələ də rəqib tanımır.

Yüksək avionika, kiber təhlükəsizlik və s. sahələrdə də dəstək və xidmət göstərən "Thales Group" şirkəti 40 ildir ki, aerokosmik sistemləri və müxtəlif təyinatlı hərbi məhsullar istehsal etməklə onların inteqrasiyasını, sınaqlarını və sifarişçiyə təslim edilməsini həyata keçirir.

"Thales Group" sürətli qatar, aerokosmik avadanlıqlar, rabitə, hərbi təyyarələrin elektron avadanlıqları, RTK, RLS və REM vasitələrinin istehsalı üzrə dünyada ilk üçlüyə daxil olan nəhəng bir kompaniyadaır. İstehsal edilən məhsullar arasında süni peyklər, PUA-lar, hədəfləri işıqlandıran lazer aparatları, təyyarə və helikopterlərin qorunması üçün inteqrasiya edilən komplekslər, radiotexniki kəşfiyyat kompleksinin maneə yaradan vasitələri (istənilən siqnalları söndürən JAMMR), təyyarələrin müasir müşahidə - nişangah sistemləri, gecə və gündüz kəşfiyyat vasitələri, termal kameralar, elektron optik əks-təsir kompleksləri də mövcuddur.

"Thales" şirkətinin əsas diqqət yönəltdiyi və Azərbaycanı da maraqlandıran istiqamətlərdən biri sahil mühafizə gəmiləri üçün hidroakustik stansiyaların (HAS) istehsalıdır. Məsələn, "Euronaval 2014" sərgisində şirkət yeni HAS ailəsini nümayiş etdirdi. "Blue Watcher"dən başqa onun tərkibinə dəyişkən enmə dərinliyinə sahib HAS CAPTAS-1 də daxildir.

Şirkətin iddiasına görə, "BueWatcher" səs-küylü dayaz sularda belə əla aşkarlanma və izləmə imkanlarına malikdir, yığcam HAS 10 km-dən çox dərinliklərdə işləyə bilir. Bu isə gəminin təhlükəsizlik sisteminə əvəzsiz töhfə verir və eyni zamanda gəminin qarşıdakı maneələrdən yayınmasına kömək edir.

CAPTAS-1 isə təxminən 30 km məsafədə aşkarlanmanı təmin edir, kompakt radarlar ailəsinə məxsusdur, sualtı qayıq əleyhinə mühafizənin əsas vasitəsi hesab edilir. Sualtı qayıqların çəkindirilməsi prosesinə böyük töhfə verə bilir.

Bu çox funksiyalı sistemlər müxtəlif şəraitlərdə işləmək üçün nəzərdə tutulub, kiçik gəmilərdə də özlərini təsdiqləyiblər. Bəzi donanmalarda onlar bir qayda olaraq, sualtı qayıq əleyhinə mühafizənin əlavə elementi kimi istifadə olunur. Hər iki "Thales" məhsulunun Asiya, Latın Amerikası və Yaxın Şərq kimi perspektivli xarici bazarlarda tətbiq olunmaqla Azərbaycanda da istifadə edilə biləcəyi istisna edilmir.

Hazırda şirkət tezlik diapazonunun, emal gücünün və eyni zamanlı səs impulslarının sayının artması istiqamətində ciddi yeniliklərin tətbiqinə hazırlaşır. Suüstü pilotsuz aparatlar sahilyanı mühafizə gəmiləri ilə inteqrasiya edilir, HAS-dan gələn görüntülər isə genişzolaqlı radiokanal vasitəsilə mərkəzi konsola ötürürülür. İdarəetmə isə gəmidən həyata keçirilir. Belə bir çoxtərəfli birləşmənin, sahil zonasının patrul gəmiləri bazarına ciddi təkan verəcəyi qaçılmazdır.

Şirkət insansız sistemlərin, o cümlədən platformaları və sensorları daha geniş inteqrasiya edərək sıx əlaqəli şəbəkələr yaratmaqda davam edir. Kompaktlılıq mürəkkəb bir vəzifə olsa da, "Thales" şirkəti bu sahədə yeni sensorların perspektivlərini öyrənir. "Thales" həm də inkişaf edən dron bazarında əsas oyunçulardan biridir. Hazırda pilotlu və pilotsuz gəmilər üçün effektiv mübarizə imkanları təmin edən yeni sensor və sistemlər tətbiq edilir.

Cənubi Koreyanın kəşfiyyat, hədəf aşkarlanması, hədəf göstərilməsi və döyüş zərərinin qiymətləndirilməsi üçün nəzərdə tutulan sonuncu nəsil "KUS-FT" pilotsuz aviasiya komplekslərində "Hanwha-Thales" şirkətlərinin birgə istehsal etdiyi lazer məsafəölçəninə sahib optik-elektron avadanlıqlardan istifadə edilir.

Şirkətin istehsal seqmenti kifayət qədər genişdir. Hamısını əhatə etmək bir az yorucu da ola bilər. Lakin bir ixtira Azərbaycan tərəfini də maraqlandıra bilər. Hərbçilərin enerjiyə olan ehtiyaclarını qaşılamaq üçün "Thales" şirkətinin podratçısı ABŞ-ın "PowerFilm" firmasının istehsal etdiyi 120 Vt gücündə günəş paneli qatlanaraq əsgər çantasında gəzdirilir. Hərbi avadanlıqların yenidən yüklənməsi üçün UBC (Universal Battery Charger) universal yükləmə cihazından istifadə edilir.

Kiçik kütləyə malik panellərin əsas elementi, əlverişsiz hava şəraitində uzun müddət xidmət etməsi və onların səhra şəratində daha yararlı olmasıdır. Belə bir enerji mənbəyi səhra şəraitində fəaliyyət göstərən hərbçilərlə yanaşı, neft-qaz, geologiya, topoqrafiya kimi sahələrdə çalışan mütəxəssislərin də işinə yaraya bilər.

Şirkət əlavə olaraq Almaniya və Kanada ordusunu, "Gələcəyin Əsgəri" layihəsi çərçivəsində "Thales Solar 400 IdZ-ES" radiostansiyaları ilə təmin edir. Əvvəllər "Thales" bu tip avadanlıqları istehsal edən ilk və tək şirkət idi. Hazırda "Elbit PNR 1000", "Harris 7850 Mobile", "Rohde & Schwarz MR3000" radiostansiyaları "Thales Solar 400" səviyyəsini əldə etsələr də, fransızlar seqmentin lideri hesab edilir.

Bir sözlə "Thales Group" beynəlxalq miqyasda aerokosmik, sürətli qatar, təhlükəsizlik və dəniz bazasında müxtəlif təyinatlı hərbi məhsullar istehsal edən dünya liderlərindən biridir. Bir çox ölkələr peyk sistemləri sahəsində məhz bu şirkətlə əməkdaşlıq edir. "Thales Alenia Space" şirkəti hökumətlərı, qurumları və şirkətləri, istənilən yerdə olan insanları əlaqə ilə təmin etmək, planetimizi müşahidə etmək, planetimizin və günəş sistemimizin istifadəsini optimallaşdırmağa kömək edəcək peyk sistemlərin layihələndirilməsini, hazırlanmasını və çatdırılmasını təmin edir.

"Thales Alenia Space" şirkəti bəşəriyyətin yeni üfüqü kimi kosmosa inanır və bunun Yer üzərində daha yaxşı, daha sürətli, daha davamlı bir həyat qurmağa imkan verəcəyinə inanır.

"Thales Alenia Space" şirkəti 67% "Thales"ə, 33 % isə "Leonardo"ya məxsus olan birgə müəssisədir.

"Thales Alenia Space" mütəxəsissləri 40 illik təcrübəni, imkanları və mədəniyyətlərin unikal müxtəlifliyini birləşdirərək telekommunikasiya, naviqasiya, Yer müşahidə sistemləri, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar sahələri üçün yüksək texnologiyalı məhsullar təqdim edir.

2016-cı ildə "Thales Alenia Space" şirkəti 9 ölkədə 7980 işçisi və 2.4 milyard avro gəliri olduğunu bəyan etdi. "Thales Alenia Space" telekommunikasiya peyklərinin, platformalarının və yüklərin orbitə çıxarılmasında dünyanın aparıcı şirkətlərindən biridir. Telekommunikasiya seqmentinin şirkətin gəlirlərinin yarısını təmin etdiyi ehtimal edilir.

"Thales" şirkəti eyni zamanda, yüksək və ya çox yüksək qətnamə ilə planetin optik və radar görüntüləmə və müşahidə sistemlərinin istehsalı üzrə liderdir. Şirkət məlumatların toplanması, hədəflərin izlənilməsi, təyin edilməsi, böhranların idarəolunması, xəritəçəkmə, meteorologiya, okeanoqrafiya, iqlim dəyişiklikləri kimi ikili təyinatlı vəzifələrin yerinə yetirilməsində ciddi uğurlara imza atıb.

Təsadüfi deyil ki, şirkət dünyada həyata keçirilən ən nəhəng hərbi layihələrdən olan, Almaniya və Fransanın birgə hazırladığı 6-cı nəsil çoxfunksiyalı qırıcının 4 əsas podratçı şirkətindən biridir. Proqramın birinci mərhələsindəki məsrəflər 2 milyard dollar səviyyəsində qiymətləndirilir.

"Thales" dünyanın əksər ölkələri ilə, regionda isə Türkiyə, Ukrayna, Gürcüstanla da əməkdaşlıq edir. Qazaxıstanda isə artıq birgə müəssisəsi fəaliyyət göstərir. "Thales Group" tərəfindən istehsal edilən aerokosmik avadanlıqlar, süni peyklər, PUA-lar, hərbi təyyarələrin elektron avadanlıqları, RTK, RLS və REM vasitələri, hədəflərin işıqlandıran lazer aparatları, təyyarə və helikopterlərin qorunması üçün inteqrasiya edilən komplekslər, radiotexniki kəşfiyyat kompleksinin maneə yaradan vasitələri (istənilən siqnalları söndürən JAMMR), təyyarələrin müasir müşahidə-nişangah sistemləri, gecə-gündüz rejimli kəşfiyyat və rabitə vasitələri, termal kameralar, elektro-optik əks-təsir kompleksləri, həmçinin MSN səviyyəsində birgə istehsal sahəsində əməkdaşlıq rəsmi Bakını daha çox maraqlandıra bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Thales-Group   Fransa-Azərbaycan  

"Thales Group": Dünya nəhəngi Azərbaycana nə verə bilər? - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2018/07/7_1532592924.jpg
Oxunub: 6648     16:15     26 İyul 2018    