Apreldə Talış istiqamətində ASALA terrorçuları olub? - Gizli döyüş (ŞAHİDLƏR)

2018/07/sekil1476259185_1532520141.jpg
Oxunub: 10244     20:01     25 İyul 2018    
Aprel döyüşləri zamanı Ermənistan terrorçu qruplardan istifadə edibmi?... Bu sual ətrafında xeyli düşünüb və əsasən bilavastə aprel döyüşündə iştirak etmiş zabitlərlə uzun-uzadı söhbətlər apardım.

Əldə etdiyim nəticələri və maraqlı informasiyanı Sizinlə bölüşməmişdən öncə istərdim ki, işğalçı dövləti qısaca analiz edək. Ermənilərin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən Azərbaycan ərazilərində kifayət qədər terror aktları həyata keçirirək yüzlərlə dinc insanın qanına susamaları, ən yaxın tarixdən hər kəsə məlumdur. Digər tərəfdən müharibə şəraiti zamanı heç bir beynəlxalq normalara məhəl qoymayan, hərbi və mülki əsirlərlə amansız davranma halları, o cümlədən atəşkəs dövründən bu günə qədər kifayət qədər dinc insanların qətlə yetirilməsi barədə faktlar da işğalçı ordunun doğma əməlləri sırasına daxildir. Halbuki, qətlə yetirilənlər arasında az yaşlı uşaqlar da az deyil. Bütün bu halları nəzərə alsaq əminliklə vurğulamaq olar ki, elə Ermənistan hakimiyyətinin hər bir addımında terror əməli var...

Aprel döyüşləri zamanı, Ermənistan tərəfində vuruşan terrorçu qruplar barədə araşdırma apararkən ilk izə cəbhənin Talış istiqamətində rast gəldim. Daha doğrusu, ilk belə məlumatı aprel döyüşləri zamanı həmin ərazidə hərbi əməliyyatlarda iştirak etmiş kəşfiyyatçı müsahibim bildirdi. Bu mənim üçün ilk informasiya idi ki, bu iz məni istiqamətləndirəcəkdi.

Kəşfiyyatçı "Z.Q" bildirir: “Hərbi geyimdə deyildilər. Əksəri gen ətəkli şalvarda, saqqalda, mil-mil boz şərfdə idilər. Digərləri müxtəlif rəngli geyimlərdə səngərdən çıxıb atıcı silahlardan atəş aça-aça üstümüzə gəlirdilər. Cavab verməyə məcbur qaldıq. Atəşkəs elan olunduğu üçün döyüşməyə tərəddüd edirdik. Ancaq onlar bizə 60 mm-lik minaatan silahlarından da atəş açandan sonra artilleriyamızdan dəstək istədik. Dəhşətli döyüş başladı. 30-dan çoxu öldü. Bundan sonra onlar geri çəkilməyə başladılar. Gördüklərimin ən maraqlı tərəfi ondan ibarət idi ki, onlar öz yaralılarının başlarından atəş açmaqla, meyitləri qoyub qaçırdılar”.

Bununla yanaşı, döyüş iştirakçısı neytralda qalan meyitlərə erməni hərbçilərinin sahib çıxmadığını da diqqətə çatdırır.

Həmin döyüşlər zamanı, cəbhənin sözügedən istiqamətində artilleriya zərbələrinə cavabdeh olan, “N” saylı hərbi hissənin keçmiş artileriya rəsi Eldəniz Hüseynov suallarımıza daha dolğun cavab verərək yuxarıda göstərilən faktları tam təsdiqləyib. Ehtiyatda olan polkovnik-leytenant, hətta terrorçu qrupun bölgəyə gəlmək istədikləri ilə bağlı kəşfiyyat məlumatının da əldə edildiyini bildirir.

“Terrorçu qrupun “Rəssam” ləqəbli başçılarının Ermənistan müdafiə nazirliyinə itirilmiş əraziləri geri qaytarmaq üçün öz qrupu ilə döyüşə girmək istəməsi barədə müraciəti olub. Hücumlarını gözləyirdik. Onlar ermənidir. Öz məqsədlərinə çatmaq üçün insanlığa xas olmayan hər cür hiyləyə əl ata bilərdilər. Amma atəşkəs elan olunandan sonra bir az arxayınçılıq yarandı. Yenə də ehtiyatı əldən vermək olmazdı. 5 aprel tarixində, təxminən nahardan yarım saat sonra müşahidə məlumat verdi ki, 27 ədəd maşın müvafiq yüksəkliyə doğru hərəkət edir. Biz onları izləyirdik. Amma atəşkəs məsələsinə görə heç nə edə bilmirdik. Onlar ön xəttə doğru hərəkət edərək səngərlərə doldular. Rəngli geyimlərdə olan dəstə səngərdən çıxaraq, minaatanların dəstəyi ilə sağ cinahımızdan hücuma keçdilər. Bundan sonra biz də zəruri tədbir görərək onları xeyli sayda itki verməyə, həmçinin geri çəkilməyə sövq etdik”, - deyə E.Hüseynov qeyd edib.

Artilleriya rəisi, həmin hadisə cərəyan edərkən Silahlı Qüvvələrin generalları Hikmət Həsənov və Nizam Osmanovun da ərazidə olduğunu diqqətə çatdırır...

Daha sonra məlum olur ki, guya Ermənistan hakimiyyətinin məsuliyyət daşımadığı terrorçu qrup Azərbaycan Ordusunun işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklərin sağ cinahından girməklə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndini tutaraq Naftalan şəhərini atəş altında saxlayacaqdı.

Üstəlik terrorçu qrupun hərəkətlərindən onların dağ landşaftında xüsusi təlim keçmələri açıq-aşkar müşahidə olunub. Ehtimal isə məhz onların ASALA terror təşkilatının üzvləri olmasıdır...

Qüdrətli Azərbaycan Ordusu tərəfindən bütün cəhdləri boşa çıxan, necə deyərlər xəyalları suda üzən Ermənistan rejimi vəziyyətdən çıxmağın yeganə yolunu neytral ərazidə qalan terrorçuların meyitlərinə sahib çıxmamaqda görür. Çox çəkmir ki, onlar həmin nəşləri kütləvi şəkildə bastırmağı qərara alırlar.

Maraqlıdır, görəsən həqiqətənmi Ermənistan Müdafiə Nazirliyinin həmin terror təşkilantından xəbəri yox idi? Əgər yox idisə, bəs niyə onlarla aralarında döyüş toqquşması baş vermədi? Yaxud da həmin terrorçular kimin səngərindən çıxıb hara hücum edirdilər?!...

Elgün Gəncimsoy
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Aprel-döyüşləri   ASALA  

Apreldə Talış istiqamətində ASALA terrorçuları olub? - Gizli döyüş (ŞAHİDLƏR)

2018/07/sekil1476259185_1532520141.jpg
Oxunub: 10245     20:01     25 İyul 2018    