CENTCOM Suriyada qaçqınlar üzrə Rusiya ilə əməkdaşlığa tərəddüd edir

2018/07/000_11E5LS-e1521020374927_1532517688.jpg
Oxunub: 804     19:33     25 İyul 2018    
ABŞ ordusunun Mərkəz Komandanlığının (CENTCOM) komandanı Cozef Votel Amerikanın Suriyadakı qaçqınlara kömək etmək üçün Rusiya ilə potensial əməkdaşlığına dair məlumatlara münasibət bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Votel ABŞ-ın belə bir əməkdaşlığa getməsindən öncə Rusiyadan qarşılıqlı etibarı gücləndirəcək tədbirlər görmək istədiyini bildirib.

Qeyd edək ki, Suriyalı qaçqınların öz yurdlarına dönməsi istiqamətində BŞ və Rusiyanın birgə işləmək ideyası Putin-Tramp görüşündə müzakirə edilib.

Buna baxmayaraq ABŞ-ın müdafiə və təhlükəsizlik rəsmiləri bu məsələ ilə bağlı hansısa yekun bir razılaşmanın olmasına dair iddiaları təkzib ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   CENTCOM   Rusiya  

CENTCOM Suriyada qaçqınlar üzrə Rusiya ilə əməkdaşlığa tərəddüd edir

2018/07/000_11E5LS-e1521020374927_1532517688.jpg
Oxunub: 805     19:33     25 İyul 2018    