Avtonom fəaliyyətdə olan şəxsi heyətin təchizatı üçün ideal sistem: “Pegasus 120” (HƏRBİ EKSPERT)

2018/07/5675_1532517878.jpg
Oxunub: 3316     19:25     25 İyul 2018    
Pilotsuz uçan aparatlar təsnif etmək bir az çətindir, çünki onlar çox fərqli imkan və xüsusiyyətlərə sahibdirlər. Bu fərqlilik PUA-nın konfiqurasiyalarının və komponentlərinin bolluğundan irəli gəlir.

PUA-lar təyinatına, ölçülərinə, funksiyasına, uçuş məsafəsinə, avtonom səviyyəsinə dizayn və konfiqurasiyasına, uçuş növünə, məqsədinə, taktiki texniki xüsusiyyətlərinə, enerji qida blokunun tipinə, daşıdığı faydalı yükün tərkibinə, avtomatlaşdırma sisteminə, toqquşmalardan qaçmaq sisteminə, GPS naviqasiyasını növünə, siqnalların basdırılmasında mühafizə sisteminə, radio-tezlik spektrinin buraxılış genişliyinə, məlumatların hazılanmasına, ixtisaslı proqram təminatına və digər xüsusiyyətlərinə görə bir birindən fərqlənir. İstehsalçılar da hələlik heç bir standartlarla məhdudlaşmırlar. Nəticədə, bu gün hansı aparat nə ilə təchiz edilməlidir deyə aviasiya nəzarətçiləri tərəfindən bir tələb də yoxdur.

Lakin hər bir dövlət hərbi doktrinasının tələblərinə uyğun olaraq Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün müxtəlif təyinatlı PUA-lar əldə edir. Hazırda Azərbycan Respublikası ilə İsrail arasındakı hərbi-texniki sahənin bütün spektrlərini əhatə edən əməkdaşlığın yüksək səviyyədə olmasını sübüt etməyə ciddi bir ehtiyac yoxdur. Azərbaycan MSN tabeliyində olan müəssisələrdə illərdir ki, İsrail lisenziyalı PUA-ların geniş çeşidlərini uğurla istehsal edir. Bu əməkdaşlıq iyulun 11-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin “Aeronautics” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ilə bir az da möhkəmlənib. Bu memorandum Azərbaycan MSN-ə İsrailin “Aeronautics” şirkəti tərəfindən istehsal edilən “Pegasus 120” çoxqanadlı PUA-sının istehsalına dair əməkdaşlıq etməyə imkan verib.

Anlaşma Memorandumunu Azərbaycan Müdafiə Sənayesi nazirin müavini Yəhya Musayev və ”Aeronautics”in sədri Yedida Yaari imzalayıb. Memorandumda Azərbaycanın ”Azad Systems” şirkətində adıçəkilən PUA-nın yeni versiyasının birgə istehsalı nəzərdə tutulub.

Xatırladaq ki, ”Azad Systems” artıq Azərbaycan Silahlı Qüvvələri üçün ”Aeronautics”in “Orbiter” PUA ailəsini istehsal edir. Bunlar arasında ”Orbiter 1K” bazasında hazırlanan milli ”Zərbə” PUA-ları da mövcuddur.

Bəhs etdiyimiz PUA-ların texniki xüsusiyyətlərini müqayisə etdikdə, onların bir çoxunun oxşar olması hər üç məhsulun eyni sinifdən olması ilə bağlıdır. Lakin təbii ki, fərqli cəhətlər də yox deyildir. Məsələn, daha yeni olan ”Orbiter-3B” sələflərindən fərqli olaraq rəqəmsal katalitik converter, D-STAMP soyudulan lazer tuşlayıcılı üç fazalı gecə və gündüz rejimli sabit elektron optik kamera ilə təchiz olunub və daha üst taktiki idarəetmə orqanı tərəfindən istifadə edilməsi nəzərdə tutulub.

“Zərbə” PUA-ları təyin edilən rayonda hədəfləri günün istənilən vaxtında aşkar edir, izləyir və məhv edir. Gəzən sursatlar düşmənin canlı qüvvəsini, sabit və hərəkətli yüngül zirehli texnikasını sıradan çıxarmaq üçün nəzərdə tutulur. “Zərbə” PUA-ları avtomatik idarəetmə sisteminə malik avionika ilə təmin edilib, bu isə operator tərəfindən idarə edilərək sursatla proqramlaşdırılan trayektoriyanın istənilən nöqtəsinə zərbə endirməyə imkan verir.

Bəs “Pegasus 120”lər nəyə lazımdır?

Azərbaycan öz tələbatını qarşılamaq üçün PUA ailəsinin tam xəttini istehsal etdiyi halda, yeni “Pegasus 120” PUA-sının istehsalını təşkil etmək məqsədilə “Aeronautics” şirkətinin müraciət etməsi həm hərbçilərdə, həm də ictimaiyyətdə müəyyən sualların əmələ gəlməsinə səbəb olub. Atılan son addımların səbəblərini araşdırmaqdan ötrü əvvəlcə ”Pegasus 120” aparatlarının taktiki-texniki göstəricilərinə nəzər salmaq vacibdir.

“Aeronautics” şirkətinin əsas fəaliyyət prinsipi minimum məhdudiyyətlərlə maksimum imkanlar təklif edən yeni, lakin daha qənaətli və universal platformalar hazırlamaqdan ibarətdir. Bu gün şirkət tətbiq etdiyi qabaqcıl texnologiyalar bazasında müştərilərə müxtəlif qətnaməli optik cihazların, çoxsaylı sensorların, GPS-lərin, kompüterlərin, rabitə vasitələrinin miniatür versiyalarından istifadə etmək imkanı verir. Digər tərəfdən müxtəlif istiqamətlərdə fərqli vəzifələr yerinə yetirən aparatların vahid idarəetmə mərkəzinə inteqrasiya edilməsini də üstün cəhət kimi qeyd etmək vacibdir. Hazırda şirkət çoxrotorlu, aerostat, zərbə və bir çox başqa tipdə aparatları təyinatına görə fərqli təchizatlarda təqdim edir. Beynəlxalq müdafiə bazarında yeni PUA platformalarına artan ehtiyacı qarşılamaq üçün Azərbaycan MSN “Aeronautics” şirkəti ilə davam edən əməkdaşlığına yeni bir sənədin imzalaması ilə yeni bir nəfəs verib.

İsrailin Aeronautics şirkətinin istehsalı olan “Pegasus 120” adlı yeni çöxmühərrikli PUA-sı ilk dəfə 2017-ci ildə Parisdə keçirilən “Paris Airshow-2017”də təqdim edilib.

“Pegasus 120”, kvadrokopter və oktokopter konfiqurasiyasında hazırlana bilər və 120 kq maksimum qalxma kütləsinə malikdir. Bu mültikopter 75 kq faydalı yükün 10 km məsafəyə daşına bilməsi üçün nəzərdə tutulur. “Pegasus 120”nin elektrik mühərriki LİPO aparatın 120 dəqiqə havada qalmasına imkan verir. Elektrik mühərriki aşağı səs siqnallarına malik olmaqla yanaşı, PUA-nın 85 km/saat sürətlə uçuşunun təmin edilməsinə imkan yaradır. “Pegasus 120” multikopterləri, İsrailin “Aeronautics” şirkətinin digər istehsalı olan “Orbiter 2” və “Orbiter 3” PUA-larının yerüstü idarəetmə mərkəzindən də idarə edilə bilir. “Pegasus 120” aparatlarında yüksək avionik imkanlarla yanaşı yeni datalink, məsafə, yük sensorları, əlaqə vasitələri və müşahidə cihazları tətbiq edilib.

“Pegasus 120”nin yaradılması konsepsiyasının əsası, keçilməsi mümkün olmayan ərazilərdə fəaliyyət göstərən şəxsi heyətə və ya xüsusi təyinatlı vəzifələri yerinə yetirən qruplara ehtiyac olan döyüş təchizat vasitələrinin vaxtında çatdırılmasını təmin etməkdən ibarətdir. Bu aparat meşəlik, dağlıq və sərt qayalıq ərazilərdə də kifayət qədər səmərəlidir.

“Pegasus 120” aparatı “Aeronautics” şirkətinin ilk çoxrotorlu platformasıdır. 75 kq-a qədər maksimum daşıdığı faydalı yükə COMINT, VISINT və “Logistics” kimi müasir siqnal, görüntü və əlaqə vasitələri də daxildir. Bu aparatların “Orbiter 3B” modelində tətbiq edilən D-STAMP soyudulan lazer tuşlayıcılı, üç fazalı gecə və gündüz rejimli sabit elektron optik kamera ilə təchiz olunması da mümkündür. “Pegasus 120” PUA-sı ağır yüklü şaquli qalxma funksiyasına malik olan VTOL UAS sinfinə aiddir.

“Pegasus 120”aparatları meşə və dağ massivləri kimi maneləri qısa müddətdə aşaraq döyüş sursatını və ya digər faydalı yükü ilin və günün istənilən vaxtında, istənilən koordinatlara çatdırılması üçün nəzərdə tutulur. PUA-nın daşıyacağı faydalı yük tibbi ləvazimatlardan, kəşfiyyat, təchizat, rabitə vasitələrindən, sudan ibarət ola bilər. Qısaca olaraq PUA, avtonom fəaliyyət göstərən bölmələrin döyüşü fasiləsiz olaraq davam etdirə bilməsi və vacib olan istənilən faydalı yükü çatdırmaq üçün ən yaxşı seçimlərdən biridir. Əlavə olaraq bu bölmələrə döyüş təchizatı vasitələrinin çatdırılması üçün istifadə edilən helikopterlərə qarşı iqtisadi baxımdan daha ucuz, ekipajların həyatı üçün daha təhlükəsiz, əməliyyat baxımından daha operativ və səmərəli alternativin meydana gəldiyini iddia etməyə hər bir əsasımız mövcuddur. Belə bir ucuz və pilot riski olmayan sistemlərin Qarabağda və Azərbaycan-Ermənistan sərhədində yerləşən bölmələrin döyüş təminatı məsələlərində tətbiqi mütləq müsbət nəticələr verəcək. İstər düşmən müdafiəsinin dərinliyində, istər 6 ay ərzində yolları tam bağlı qalan mövqelərdə, istərsə də bir bölüyün dayaq məntəqəsindən digərinə 60-70 km dağ yolu qət etməli olduğumuz sərt dağ aşırımlarında fəaliyyət göstərən və ya döyüş növbətçiliyi aparan şəxsi heyətin həm döyüş, həm də arxa cəbhə təminatında elektriklə çalışan təhlükəsiz bir PUA-nın faydalarını dəyərləndirmək elə də asan deyil. Qısaca olaraq, bu platformanı avtonom fəaliyyətdə olan şəxsi heyətin təchizatı üçün ideal bir sistem adlandırmaq olar. PUA-nın fəaliyyəti zamanı davamlı olaraq qeydə alınan videogörüntülərin mərkəzi idarəetmə konsoluna göndərilməsi və hər an zərbə endirməyə hazır olması "Pegasus 120" aparatlarının universal bir platforma olduğunu sübut edir. Bu aparatların Fövqəladə Hallar, Daxili İşlər Nazirlikləri tərəfindən istifadəsi də mümkündür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-İsrail   Pegasus-120  

Avtonom fəaliyyətdə olan şəxsi heyətin təchizatı üçün ideal sistem: “Pegasus 120” (HƏRBİ EKSPERT)

2018/07/5675_1532517878.jpg
Oxunub: 3317     19:25     25 İyul 2018    