ABŞ Misirə hərbi yardımları yenidən başlada bilər

2018/07/mkd-161625_1532517479.jpg
Oxunub: 772     19:10     25 İyul 2018    
ABŞ Misirə etdiyi və bir müddət öncə dondurulan 195 milyon dollarlıq hərbi yardımı yenidən başlada bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misirdən olan yüksək səviyyəli təhlükəsizlik və hərbi nümayəndə heyəti bu məsələ ilə bağlı bir həftədən uzun müddət ərzində Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar həyata keçirib.

Həmin nümayəndə heyətinə yaxın mənbə bildirib ki, aparılan danışıqlar nəticəsində qısa müddət sonra ABŞ-ın sözügedən hərbi yardım üzərindəki qadağa qərarını ləğv etməsi gözlənilir.

Qeyd edək ki, ABŞ Misirin 1979-cu ildə İsraillə sülh müqaviləsi bağlamasından sonra bu ölkəyə davamlı olaraq müxtəlif sferaları əhatə edən yardımlar göstərib. Həmin çərçivədə ABŞ-ın bu vaxta qədər Misirə 1,3 milyard hərbi, 250 milyon dollar isə iqtisadi yardım etdiyi bildirilir.

Buna baxmayaraq Vaşinqton Misirin insan hüquqları və demokratiya sahəsində əhəmiyyətli uğur əldə edə bilməməsini əsas gətirərək, 2017-ci ilin avqustunda bu ölkəyə etdiyi 195 milyon dollarlıq yardımı dondurub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Misir   Hərbi-Yardım  

ABŞ Misirə hərbi yardımları yenidən başlada bilər

2018/07/mkd-161625_1532517479.jpg
Oxunub: 773     19:10     25 İyul 2018    