“KXDR-in bazanı dağıtması nüvəsizləşməyə xeyirli işarədir” – Mun

2018/07/gettyimages-681293514_1532517288.jpg
Oxunub: 777     19:07     25 İyul 2018    
“Şimali Koreyanın əsas raket mühərriklərinin sınaq və atış bazasını sıradan çıxarması nüvəsizləşməyə doğru atılmış xeyirli addımdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Cənubi Koreyanın prezidenti Mun Çje İn səsləndirib.

ABŞ-ın Cənubi Koreyadakı yeni səfiri Harri Harrisi qəbul edən Mun Cənubi Koreya və ABŞ kəşfiyyat orqanlarının da bu xəbəri təsdiqlədiyini vurğulayıb.

O, KXDR-in öz vədlərinə sadiqlik nümayiş etdirdiyini və gələcək Vaşinqton-Pxenyan danışıqları üçün münbit şərait yaratdığını bildirib.

Harri Harris isə öz növbəsində Şimali Koreyanın bu bazanı dağıtmasını çoxdan gözlədiyini və onun Kim Çen Inın səmimiyyətinin əhəmiyyətli göstəricisi olduğunu qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şimali-Koreya   Cənubi-Koreya  

“KXDR-in bazanı dağıtması nüvəsizləşməyə xeyirli işarədir” – Mun

2018/07/gettyimages-681293514_1532517288.jpg
Oxunub: 778     19:07     25 İyul 2018    