Suriya hökumət qüvvələri İŞİD-in mövqelərini bombalayıb

2018/07/9b563a19-8fdc-4951-9177-d02bdf7e581e_16x9_788x442_1532517244.jpg
Oxunub: 704     19:01     25 İyul 2018    
Suriya ordusu İŞİD terror qruplaşmasının ölkənin cənub-qərbindəki mövqelərinə zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı hökumət mənbələri yayıb.

Bildirilir ki, ordu Deranın Cəlin şəhərində terrorçulara qarşı geniş miqyaslı əməliyyatlar keçirib.

Belə ki, İŞİD-in bölgədəki qolu hesab edilən “Ceyş Xalid ibn Valid ordusu” terror qruplaşmasına havadan və qurudan davamlı olaraq 3 saata qədər raket zərbələri endirilib.

Əməliyyatlar nəticəsində 30-dan çox terrorçunun məhv edildiyi bildirilir. Eyni zamanda qruplaşmanın şəhər uğrunda göstərdiyi müqavimət də ciddi şəkildə sarsıdılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  

Suriya hökumət qüvvələri İŞİD-in mövqelərini bombalayıb

2018/07/9b563a19-8fdc-4951-9177-d02bdf7e581e_16x9_788x442_1532517244.jpg
Oxunub: 705     19:01     25 İyul 2018    