"Merkel Qarabağ münaqişəsi və bölgədəki inkişaf proseslərini müzakirə edəcək" - Uve Halbax

2018/07/456_3065020696.jpg
Oxunub: 1865     19:16     25 İyul 2018    
"Hazırda səfərin gündəliyi real vəziyyətə uyğun olaraq dəyişdirilmişdir. Əlbəttə ki, ənənəvi olaraq Ermənistan-Almaniya, Qarabağ münaqişəsi və bölgədəki inkişaf prosesləri müzakirə olunacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ankela Mekelin bölgəyə, o cümlədən Ermənistana gözlənilən səfərini şərh edərkən almaniyalı politoloq Uve Halbax bildirib.

O, qeyd edib ki, Ermənistanda hökm sürən vəziyyət barədə tam təsəvvürə sahib olmaq məqsədilə Merkelin Ermənistandakı görüşləri çoxsahəli olacaq.

"Ankela Merkelin daha uzaq xarici ölkələrə səfəri aylar, bəzən illər öncə planlaşdırlır. Beləliklə Merkelin səfərini Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra təşkil edilməsi ilə əlaqələndirmək doğru deyil. Səfərin gündəliyi əsasən sabiq hakimiyyət, Ermənistan-Aİ münasibətləri və alman-erməni əlaqələri, Qarabağ münaqişəsi zonasında hökm sürən vəziyyətlə bağlı olub. Təbii olaraq, hazırda səfərin gündəliyi real vəziyyətə uyğun olaraq dəyişdirilib. Ermənistanın yeni hakimiyyətinin Avropa İttifaqından daha çox gözləntiləri olduğuna görə səfər proqramında bəzi dəyişikliklər var.

Bu şəraitdə, Merkelin Ermənistana səfəri Avropa ölkələri üçün maraqlı olan yalnız Ermənistanda baş verənləri deyil, həmçinin Ermənistan hakimiyyətinin nəyin müqabilində və nə gözlədiyini, Avropanın təklifinin nədən ibarət ola biləcəyini müzakirə etməyə imkan verəcək", - deyə Halbax vurğulayıb.

Ekspertin fikrincə, Aİ rəhbərliyi bu səfərdən Ermənistan-Aİ münasibətlərində yaranmış narazılıqları aradan qaldırmaq məqsədilə istifadə etmək niyyətindədir.

"Əlbətdə ki, ənənəvi Ermənistan-Almaniya, Qarabağ münaqişəsi və bölgədəki inkişaf prosesləri də müzakirə olunacaq. Ermənistanda dramatik dəyişikliklər baş verdiyindən və yeni hakimiyyətin fikrinə görə gələcəkdə bir çox dəyişikliklər hələ baş verəcək deyə, Ermənistanda hökm sürən vəziyyət barədə tam təsəvvürə sahib olmaq məqsədilə Merkelin Ermənistandakı görüşləri çoxsahəli olacaq".

Bu günlərdə Ermənistan-Aİ münasibətlərində baş verən "qarşılıqlı atışmalara" gəldikdə isə politoloq qətiyyətlə bildirib ki, daha sonra məlum olduğu kimi, bu məsələdə tərəflərin müzakirəsi təkliflərin hazırlanma və təqdimedilmə mərhələsində olarkən baş verib.

"Belə anlaşıldı ki, Ermənistan baş nazirinin Brüsselə səfəri zamanı Aİ üçün təbii hal olan və hər hansı nəticə əldə etmədən maddi vəsait ayrılmasına vərdiş etməmiş Aİ rəsmiləri tərəfindən maliyyələşdirmənin artırılması barədə söz vermədiklərinə görə məsələ ictimailəşdirildi. Aİ həmin maliyyələrin hansı məqsəd üçün ayrıldığını sənədlərlə sübut edilmiş halda dəqiq göstərilməsinə üstünlük verir. Son bəyanatlarla bu məsələnin müzakirəsinin başa çatdığına əmin deyiləm", - deyə almaniyalı ekspert əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Merkel   Qarabağ  

"Merkel Qarabağ münaqişəsi və bölgədəki inkişaf proseslərini müzakirə edəcək" - Uve Halbax

2018/07/456_3065020696.jpg
Oxunub: 1866     19:16     25 İyul 2018    