Rusiyalı ekspertlər: "Azərbaycan tərəfi texniki cəhətdən daha hazırlıqlıdır"

2018/07/435_1525763387_1528567338_1532509526.jpg
Oxunub: 4386     18:03     25 İyul 2018    
Ermənistanın müdafiə naziri Davit Tonoyan Qarabağ münaqişəsi istiqamətində ritorikasını dəyişməkdədir. Bu günlərdə erməni KİV-lərindən birinə verdiyi müsahibədə o, cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhəddində, xüsusilə Naxçıvan istiqamətində hökm sürən vəziyyətə toxunaraq, bir sıra əsassız fikirlər səsləndirdi.

Tonoyanın sözlərinə görə, danışıqlar prosesində Bakının maksimal tələbləri olduğu bir şəraitdə geniş miqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksəkdir. Erməni nazir çıxışında ölkəmizi hədələməkdən belə çəkinmədi. O, 2016-cı il aprel döyüşləri ssenarisinin təkrarlanacağı halda erməni tərəfinin arsenalında olan bütün silah növlərindən istifadə edə biləcəyini bildirdi.

Ordu.az xəbər verir ki, məsələyə münasibət bildirən rus politoloq Pavel Felqenqauer qeyd edib ki, münaqişə zonasında təkrarən yeni gərginliklərin baş verəcəyi ehtimalı yüksəkdir.

"Bu Tonoyan tərəfindən sərgilənən ilk belə baxış deyil. O, hansı dəyişikliklərdən bəhs etdiyini ayrıntılı demədən, rus hərbi bazasının müqaviləsində dəyişikliklərin zəruriliyi barədə və Rusiya tərəfindən Azərbaycana silah satışı mövzusunda da bu cür açıqlamalar verib. Rus-erməni müqaviləsində hansı dəyişikliklərdən söhbət getdiyindən məlumatım olmadığına görə, Tonoyanın bu açıqlamasını dəyərləndirə bilmərəm. Lakin bu, rus-erməni münasibətlərində və Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanda mövcud əhval-ruhiyyəni və əmrləri əks etdirir", - deyə politoloq bildirib.

O, bu açıqlamaları Ermənistanın yeni hakimiyyətinin bəzi sahələrdə tələb olunan və gözlənilən dəyişik mövqe sərgiləməsini daxili auditoriyaya nümayiş etdirmək üçün nəzərdə tutulduğunu da qeyd edib.

"Buna nə dərəcədə hazır olmasından asılı olmayaraq, erməni tərəfinin hərbi rəhbərliyinin Qarabağ münaqişəsi istiqamətində daha əmin və qabaqlayıcı, hücum xarakterli açıqlamalar verməsinə çoxdan zərurət vardı. İndiki halda hazır olduğunu hesab edirəm. Çünki hər iki tərəf bir-birini geri oturtmağa qadir olan kifayət qədər silah əldə edib. Ancaq bu, uzun müddətli müharibə olacağına görə bütün bölgə üçün gözlənilməz nəticələrə səbəb olacaq. Erməni tərəfi bunu qısa vaxtda həyata keçirəcəyinə dair bəyanatlar versə də bu mümkün olmayacaq. Ona görə ki, Azərbaycan tərəfi texniki cəhətdən daha hazırlıqlıdır. Bütün bunlara baxmayaraq bu kimi bəyanatların böyük qabaqlayıcı təsiri olmayacaq, çünki vəziyyət artıq kifayət qədər təhlükəli mərhələdədir", - deyə Felqenqauer bildirib.

Ekspert, hər iki tərəfin silahlanmasından başqa, qoşunların və hərbi texnikanın cəmləşməsinin müharibə barədə təhlillər aparmağa ciddi əsas verdiyini vurğulayıb: "Siyasi nizamlanmanın olmaması, Qarabağ münaqişəsinin siyasi yolla həllinin daha böyük diqqət mərkəzində saxlanılmasına imkan verməyən beynəlxalq siyasi toqquşmaların mövcudluğu, aprel döyüşləri ilə müqayisədə daha geniş və fəlakətli hərbi əməliyyatların olacağına inanmaqdan başqa bir yol qalmadığına gətirib çıxarır. Bu həm Azərbaycan, həm də Ermənistan üçün təhlükəli olacaq".

Rus politoloq Aleksey Malaşenko isə öz növbəsində qeyd edib ki, Tonoyanın bu açıqlamasını siyasi ritorika kimi qəbul edir. "Bu Azərbaycana ünvanlanmış qabaqlayıcı bəyanatdır. Ancaq təbii olaraq hərbi əməliyyatlar zamanı istənilən tərəf öz arsenalında olan güc və imkanlardan irəli gələrək, mümkün olan hər şeyi edəcək. 2016-cı ilin aprel döyüşlərinin vasitəçilərin müdaxiləsindən sonra dayandırılması barədə Tonoyanın verdiyi açıqlama maraqlıdır.

Bu erməni tərəfinin dayandırlması barədə bir məlumatdır. İkincisi, o, belə bir ssenarinin bir daha təkrar olunmayacağına, heç bir tərəfin Ermənistranı dayandıra bilməyəcəyinə dair xəbərdarlıq edir. Tərəflərin münaqişəni hərbi yolla həll etmək perespektivindən uzaq olmadıqlarına görə, bunun hərbi imkan baxımından nə dərəcədə doğru bəyanat olduğunu deyə bilməyəcəm. Əgər əvvəllər bəzi hallarda bu perespektiv barədə yalnız Azərbaycan danışırdısa, indi aşkar şəkildə Ermənistan tərəfi də danışır. Bütün tərəflər müharibəyə hazırlaşır", - deyə Malaşenko bildirib.

Vasitəçilərə gəldikdə isə Malaşenkonun fikrincə, bu cür münaqişələrin 10-20 il ərzində həll edilməsinin mümkün olmadığını vasitəçilər yaxşı bilirlər. Vasitəçilər hadisələrin inkişafını izləyir və öz işlərini həyata keçirirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın dost və müttəfiq Rusiya tərəfindən bölgədə hərbi əməliyyatların yenidən başlanılmasına imkan verməmək üçün öz açarlarından istifadə etməyəcəyinə inanmadığı barədə verdiyi bəyanatı şərh edən Malaşenko, Moskvanın digər iki həmsədr ölkə ilə bərabər müvafiq işlər gördüyünü deyib: "Lakin bununla yanaşı 2016-cı ildə Qarabağda hərbi əməliyyatlar başladı. Rusiyanın müvafiq orqanları hərbi əməliyyatların daha geniş vüsət almaması üçün vaxtında müdaxilə etdi. Təbii olaraq heç kəs belə bir şeyin baş verəcəyini ehtimal edə bilməzdi.

Hazırda müharibə ehtimalları var və vasitəçilər mütəmadi olaraq tərəfləri xəbərdar edirlər. Hansı məhdudlaşdırıcı açarlarla mane ola biləcəklərini bilmirəm. Əgər elə bir imkan olsaydı, 2016-ci ilin aprel ayında da imkan verməzdilər. Bu münaqişənin nəzarət olunan proses olmadığından xəbər verir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

Rusiyalı ekspertlər: "Azərbaycan tərəfi texniki cəhətdən daha hazırlıqlıdır"

2018/07/435_1525763387_1528567338_1532509526.jpg
Oxunub: 4387     18:03     25 İyul 2018    