Təsəvvür edək ki, ABŞ HHQ heç vaxt B-52-ni inşa etməyib

2018/07/37551898_2608131816079637_2910140900556406784_n_1532194702.jpg
Oxunub: 682     01:58     22 İyul 2018    
1955-ci ildən etibarən “Boeing” istehsalı B-52 “Stratofortress” ABŞ-ın milli müdafiəsinin ön cəbhəsində uçuşlar həyata keçirir. İlk başlarda o, Sovet İttifaqına nüvə başlığı çatdırmaq üçün nəzərdə tutulsa da, B-52-nın missiyası SSRİ-nin dağılmasından çox sonralar da uçuşlarına davam edir.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, geridə qalan illər ərzində B-52 Vyetnam müharibəsində, Sovet dəniz qüvvələrinə qarşı missiyalarda, İraq qüvvələrinə qarşı əməliyyatlarda və Terrorla Müharibə ərzində müxtəlif tapşırıqlarda istifadə olunub.

Təyyarənin hazırkı proyeksiyaları B-1B, B-2 təyyarələridir. Ümumilikdə bu təyyarələrin 2050-də tez istifadədən qaldırılacağı gözlənilmir.

İkinci Dünya Müharibəsindən sonrakı aylar və illərdə ABŞ Hərbi Hava Qüvvələri bir çox təyyarə dizaynını gözdən keçirdi. İlk iki ildə B-52-nin dizaynı bir sıra dəyişikliklərlə üzləşdi. Lakin 1947-ci ilin dekabrında mühərrikə olan etibarsızlıqdan dolayı layihə az qala ləğv ediləcəkdi.

Buna baxmayaraq B-52-nin ləğvi ABŞ HHQ-ni çətin vəziyyətdə qoya bilərdi. O, zamanlar ABŞ HHQ-nin silahlanmasında “Boeing”in B-47 “Stratojet” və B-50 təyyarələri vardı ki, onlar da məhdud uçuş məsafəsinə və yük götürmə qabiliyyətinə sahib idilər. Yeni B-58 1960-cı ildə istifadəyə verilməli idi, amma açığı ABŞ HHQ-nin rəsmiləri onun göstəricilərindən çox da məmnun deyildilər.

Buna görə də, B-52-nin inşasına dair layihə qüvvədə saxlandı. O, raket dövründə olduqca xüsusi missiyalar həyata keçirmə qabiliyyətinə malik uzaq məsafəli və alçaqdan uçan strateji bombardmançı idi. Heç bir alternativ bu özəllikləri təklif edə bilmədi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ-HHQ   B-52  

Təsəvvür edək ki, ABŞ HHQ heç vaxt B-52-ni inşa etməyib

2018/07/37551898_2608131816079637_2910140900556406784_n_1532194702.jpg
Oxunub: 683     01:58     22 İyul 2018    