İraqdakı şotland hərbçilər ölkələrinə geri dönüblər

2018/07/received_2608135522745933_1532189200.jpeg
Oxunub: 509     00:22     22 İyul 2018    
Şotlandiya ordusunun İraqda sülhməramlı fəaliyyətlə məşğul olan 300-dən çox hərbçisi vətənlərinə geri dönüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Şotlandiya hərbi mənbələri yayıb.

Bildirilir ki, bu ilin yanvarında İraqın “Əl-Əsəd” bazasında yerləşdirilən 300-dən çox Şotland hərbçi öz missiyalarını uğurla tamamladıqdan sonra bu gün Şotlandiyanın “Fort George” bazasına gətiriliblər.

Qeyd edək ki, sözügedən hərbi birlik 6 ay ərzində İraq ordusu daxilindəki hərbçilərə piyada döyüş vasitələrindən istifadə qaydaları ilə bağlı təlimlər keçib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İraq   Şotlandiya  

İraqdakı şotland hərbçilər ölkələrinə geri dönüblər

2018/07/received_2608135522745933_1532189200.jpeg
Oxunub: 510     00:22     22 İyul 2018    