SQQ Küneytrənin daxilinə doğru irəliləyir

2018/07/76_1532169562.jpg
Oxunub: 453     18:38     21 İyul 2018    
Suriya Quru Qoşunları ölkənin cənub-qərbində həyata keçirdiyi əməliyyatlar nəticəsində Küneytrə vilayətində bir qədər də irəliləyərək Colan təpələrinə daha da yaxınlaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat boyu Rusiyanın aviasiya qüvvələri tərəfindən dəstəklənən ordu artıq Küneytrəni tam azad etməyə yaxındır.

Bir aydan çoxdur intensiv şəkildə davam etdirilən əməliyyat Suriya hökumətinin cənub-qərb bölgələri, İordaniya və İsraillə sərhəddə yerləşən strateji ərazilərə nəzarətini bərpa etməsinə imkan verib.

Dera və Küneytrə vilayətləri arasında azad edilmiş kəndlərin sayı da günbəgün artmaqdadır. Eyni zamanda üsyançıların ikinci qrupunun da bu gün Suriyanın şimalına təxliyə olunmağa razılıq verməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SQQ   Küneytrə  

SQQ Küneytrənin daxilinə doğru irəliləyir

2018/07/76_1532169562.jpg
Oxunub: 454     18:38     21 İyul 2018    