Rusiyanın Suriyadakı bazasına dron hücumu edilib

2018/07/234234_1532155211.jpg
Oxunub: 775     14:37     21 İyul 2018    
Latakiya cənub-qərbində yerləşən Rusiyaya məxsus Hmeymim hərbi bazası terrorçuların hücumuna məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu iyul ərzində sözügedən bazaya edilən 4-cü belə hücumdur.

Məsələ ilə bağlı bazanın rəhbərliyinin bildirdiyi açıqlamada qeyd olunub ki, hücum bölgədəki “Hayat Təhrir Əş-Şam” terror qruplaşması tərəfindən həyata keçirilib.

Bildirilir ki, terrorçuların dron vasitəsilə həyata keçirdiyi hücuma dərhal bazadakı müdafiə sistemi ilə cavab verib. Nəticədə dron raket zərbəsilə məhv edilib, ölən və yaralanan olmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Latakiya   Dron-hücumu  

Rusiyanın Suriyadakı bazasına dron hücumu edilib

2018/07/234234_1532155211.jpg
Oxunub: 776     14:37     21 İyul 2018    