“Leonardo” Britaniya HHQ-nin ən yeni təyyarəsini təkmilləşdirəcək

2018/07/37630456_2606985686194250_5702594165284536320_n_1532105904.jpg
Oxunub: 421     01:14     21 İyul 2018    
İtaliyanın müdafiə kompaniyası “Leonardo” Britaniya Kral Hərbi Hava Qüvvələrinin ən yeni qırıcı təyyarəsi olan “Tempest”in təkmilləşdirilməsini həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri Tereza Mey bununla bağlı müqaviləni təsdiqləyib.

Farnboroudakı aviaşouya qatılan Tereza Mey bu barədə danışaraq “Leonardo” ilə 2025-ci ilə qədər davam edəcək 2 milyard funtsterlinqlik müqavilə imzalandığını elan edib.

Müqavilə Britaniyanın hava döyüş sənayesinin uzaq gələcəkdə inkişafını zəmanət altına almaq və “Typhoon” qırıcıları üçün yaxşı xələf hazırlamaq məqsədi daşıyır.

Tereza Mey rəhbərlik etdiyi hökumətin innovasiyanı dəstəklədiyini, yeni texnologiyalara böyük yatırımlar etdiyini və ordunun imkanlarının yeni nəsilə ötürülməsinə çalışdığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Böyük-Britaniya   Leonardo   Tempest  

“Leonardo” Britaniya HHQ-nin ən yeni təyyarəsini təkmilləşdirəcək

2018/07/37630456_2606985686194250_5702594165284536320_n_1532105904.jpg
Oxunub: 422     01:14     21 İyul 2018    