"437-ci Proqram": Amerikalılar Sovet peykini necə vurublar? - ARAŞDIRMA

2018/07/56456_1532093886.png
Oxunub: 2117     18:32     21 İyul 2018    
1962-ci ildə dünya Karib böhranı ilə silkələndi, bunun əks-sədası da hər tərəfə yayıldı. Bəşəriyyət belə bir münaqişənin irimiqyaslı bir nüvə müharibəsinə səbəb ola biləcəyini anlayırdı. Nəticədə, müharibənin qarşısı alındı, lakin ABŞ və SSRİ bir-birini məhv etmək üçün yeni vasitələr yaratmaq üçün fəaliyyətlərini dayandırmadılar. 1962-ci ildən 1975-ci ilə qədər ABŞ-da məqsədi "peyk qatili" hazırlamaqdan ibarət olan "437-ci Proqram" adlanan məxfi layihə üzrə işlər həyata keçirilib.

ABŞ-ın "National Interest" dərgisinin məlumatına görə, ən azı 6 peyk PGM-17 "Tor" orta mənzilli ballistik raketlərinin bazasında yaradılan peyk əleyhinə raketlərin qurbanı olub: ABŞ-ın "Traac", "Tranzit 4B", "Injun I", "Telstar I", İngiltərənin "Ariel I" və SSRİ-nin "Kosmos-5" peyki. Bütün bu peyklər "Starfish Prime" sisteminin sınaqlarından ciddi zərər gördü. O illərdə ən böyük rezonansa səbəb isə ABŞ və Avropa arasında televiziya görüntülərinin ötürülməsini həyata keçirən "Telstar I" peykinin sıradan çıxması olub. Bu peykin xarici kosmosda keçirilən ABŞ nüvə sınağının qurbanı olduğu düşünülür. 21 fevral 1963-cü ildə bu kosmik peyk tam yararsız hala düşüb.

Bu yerə yaxın orbitlərdə peyklərin məhv edilməsi layihəsinə 1957-ci ildə, SSRİ tərəfindən "Sputnik 1", yerin ilk süni peykinin uğurla buraxılmasından dərhal sonra start verildi.

ABŞ tərəfindən təyyarədən buraxılan raketlə peykləri məhv etmək üçün ilk cəhd 1959-cu ilin ikinci yarısında edilib. Sentyabrın 3-də B-58 təyyarəsindən, hədəfi "Discoverer 5" peyki olan raket buraxılsa da, buraxılış uğursuz oldu. 1959-cu ilin oktyabrın 13-də B-47 bombardmançısından buraxılan "Bold Orion" raketi, 251 km yüksəklikdə olan "Explorer 6" peykindən 6,4 kilometr aralı məsafədə keçdi. Bu buraxılış ABŞ hərbi rəhbərliyi tərəfindən uğurlu hesab edildi.

Qeyd etmək lazımdır ki, Sovet İttifaqı da kənardan bunları seyr etmirdi, o da özünün peyk əleyhinə silahları sahəsində proqramlarını hazırlayırdı. Belə silahların yaradılması proqramına 1960-cı ildə, artıq dövlətin təhlükəsizliyinə təhdid yalnız kosmosda uçan raketlərdən deyil, həmçinin orbitdə yerləşən kəşfiyyat, naviqasiya, meteoroloji, rabitə peyklərindən gəldiyini anladıqdan sonra başlanıldı. Proqram irimiqyaslı hərbi əməliyyatların başlanması ilə dərhal bu obyektlərin sıradan çıxarılmasını təmin edən raketlərin yaradılmasını nəzərdə tuturdu.

Orta mənzilli "Tor" ballistik raketinin buraxılması

ABŞ mütəxəssisləri bu məsələdə daha çox irəliləyərək, düşmən peyklərini termodinamik döyüş başlıqları ilə təchiz edilən ballistik raketlərin köməyi ilə məhv etmək ehtimalını tətbiq etməyi qərara aldılar. 1962-ci ildən 1963-cü ilə qədər ABŞ "Dominik" layihəsi çərçivəsində 105 nüvə sınağı keçirdi. Layihə çərçivəsində həyata keçirilən sınaqlara "Operation Fishbow" kod adı altında, yüksək hündürlükdə nüvə sınaqları da daxil idi. Bu layihə miqyasında təxminən 400 kilometr yüksəklikdə yerə yaxın məkanda termonüvə sursatını uğurla məhv edən "Tor" peyk əleyhinə sistem uğurla sınaqdan sınaqdan keçirildi.

"Dominik" layihəsi ABŞ ilə SSRİ arasındakı əlaqələrin ən kəskin zamanında həyata keçirildi.

Məşhur "Kuba böhranı"ndan öncə münasibətlərin gərginləşməsi, ABŞ-ın 1961-ci ilin aprelində Kubada Fidel Kastro hökumətini devirmək üçün əməliyyat keçirməsi ilə nəticələndi. Buna cavab olaraq, 1961-ci ilin avqustun 30-da Nikita Xruşov nüvə silahlarının sınaqlarına qoyulan üç illik moratoriumun başa çatdığını elan etdi. ABŞ-da isə Con Kennedinin ən böyük nüvə sınaqları proqramı olaraq tarixə salınan "Dominik" əməliyyatının bərpasına icazə verildi, nəticədə silahlanma yarışının yeni mərhələsi başlandı.

"437-ci Proqram"ı 1962-ci ilin fevralında ABŞ Hava Qüvvələri tərəfindən, ABŞ-ın Müdafiə naziri Robert MakNamara tərəfindən təsdiq edildikdən sonra başlandı. Proqram, düşmən kosmik obyektlərinə qarşı mübarizə aparmaq üçün silah hazırlamaq məqsədi daşıyırdı. Kosmonavtikanın inkişafı müşahidə və rabitə orbital peyklərini strateji əhəmiyyətli hərbi obyektlərə çevirdi ki, bu da hərbi əməliyyatların gedişatına əhəmiyyətli təsir göstərə bilərdi. Bu şəraitdə Atlantikanın hər iki tərəfində peyklərə qarşı mübarizə vasitələri getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başladı.

"Dominik" əməliyyatı çərçivəsində 96300 metr yüksəklikdə nüvə partlayışı

Peyk əleyhinə mübarizə vasitəsi olaraq ABŞ "Tor" raketini nəzərdən keçirirdi. PGM-17 "Tor", 1958-ci ildə ABŞ-da silahlanmaya qəbul edilən ilk orta mənzilli ballistik raket oldu.

Bu kerosin və maye oksigeninlə çalışan mühərrikə sahib birpilləli raket idi. Raketin silindrə bənzər korpusu yuxarıya doğru axımlı şəkildə daralaraq "Tor"a şüşə ("butılka") formasını verir. PGM-17 "Tor" orta mənzilli ballistik raketi 49.8 ton kütləyə və 2400 km maksimum atəş məsafəsinə malik idi. Uyğun olmayan hava şəraitindən qorumaq üçün raket üfüqi vəziyyətdə xüsusi yerüstü sığınacaqlarda saxlanılırdı. Raket buraxılmazdan öncə şaquli vəziyyətə qaldırılır və yanacaqla doldurulurdu. Raketin buraxılması üçün tam hazırlananmasına təxminən 10 dəqiqə sərf edilirdi.

"437-ci Proqram"ın tətbiq olunmasının bir hissəsi kimi, "Tor" raketi müxtəlif kosmik obyektləri məhv edilməsi vasitəsi kimi nəzərdə tutulurdu. Eyni zamanda, raket 1.44 meqaton gücə malik döyüş başlığı ilə fərqlənirdi. 1962-ci il iyunun 20-də baş tutan "Starfish" sınaqlarında ilk raket buraxılandan az sonra mühərrik nasazlığı səbəbindən raket və nüvə qurğusu məhv oldu. Raketin parçaları və yaranan radioaktiv maddələr Sakit Okeanda yerləşən Conston adasına düşərək ərazinin radioaktiv çirklənməsinə gətirib çıxardı.

1962-ci ilin iyulun 9-na planlaşdırılan ikinci cəhd uğurlu oldu. "Tor" raketindən buraxılan 1.44 meqatonluq W49 nüvə döyüş başlığı Conston adası üzərində, 400 km yüksəklikdə yerə yaxın orbitdə partladı. Bu hündürlükdə demək olar ki, tamamilə havanın olmaması bizə tanış olan ənənəvi nüvə göbələyi şəklində buludun formalaşmasına mane oldu. Belə bir yüksəklikdə keçirilən uğurlu sınaq digər maraqlı faktlarla yadda qaldı.

Partlayışdan təxminən 1500 kilometr məsafədə yerləşən Havayda güclü elektromaqnit impulsu televiziyaları, radioqəbulediciləri, üç yüz küçə lampasının və digər elektrik avadanlıqlarının sıradan çıxmasına səbəb oldu. Eyni zamanda partlayışdan 7 dəqiqə sonra belə, hələ də səmada parlaq bir işıqlanma effekti müşahidə edilirdi. Bu hadisə partlayışın episentrindən 3200 kilometr məsafədə yerləşən Samoa adasından kameraya da çəkilib.

Nüvə partlayışı nəticəsində əmələ gələn radioaktiv hissəciklər yerin maqnit sferası tərəfindən ələ keçirilir, nəticədə planetin radiasiya kəmərində radiasiya konsentrasiyası 2-3 dəfə artırdı. Bu artımın təsiri ilə bir neçə peykin günəş barareyaları və elektronikası sıradan çıxdı. Sıradan çıxan peyklər arasında partlayışdan bir gün sonra, iyulun 10-da buraxılan ilk ABŞ telekommunikasiya peyki "Telstar 1" də mövcud idi. O, öz fəaliyyətini 1962-ci ilin dekabrında dayandırdı, yanvar ayında bərpa olunsa da fevralda birdəfəlik sıradan çıxaraq yerə yaxın orbitdə qaldı.

Pentaqonda yüksək nüvə partlayışının kosmik obyektləri sıradan çıxara biləcəyi xəbərini böyük sevinc və coşqu ilə qarşıladılar. Çünki artıq ABŞ Sovet peyklərinin məhv etmək üçün vasitəyə malik idi.

"The National Interest" nəşrinin qeyd etdiyi kimi, "Tor" raketinin qurbanlarından biri də SSRi-nin "Kosmos-5" peyki oldu. Bu "Kosmos" seriyasına daxil olan elmi tədqiqat peyklərindən biri idi və onu 1962-ci ilin mayın 28-də "Kosmos 63S1" daşıyıcı raketi vasitəsilə Kapustin Yar poliqonundakı "Mayak-2" start meydançasından buraxmışdılar. Bu peyk yerə yaxın orbitdə radiasiya səviyyəsini, qütb parıltısını və ionosferi öyrənmək məqsədilə fəaliyyət göstərirdi. ABŞ rəsmiləri bu peykin də "Telstar 1" kimi "Tor" raketinin sınaqlarının qurbanı olduğunu hesab edirdilər. 1963-cü ilin mayın 2-də "Kosmos 5" peyki fəaliyyətini tam dayandırdı.

1964-cü ildə "Tor" ballistik raketləri əsasında yaradılan nüvə başlıqlı peyk əleyhinə sistem, rəsmən PGM-17A indeksi altında (sistemin adını PIM-17A ilə əvəz edilməsi naməlum səbəbdən təsdiq edilmədi) silahlanmaya qəbul edildi. İlk raketlər 1964-cü ilin avqust ayında döyüş növbətçiliyinə təyin edildi. Bu raketlər 1400 kilometr hündürlükdə və 2400 kilometr məsafədə yerləşən istənilən orbital obyekti ələ keçirə bilirdi. Bir megaton döyüş başlığının partlaması, episentrdən 8 kilometr radiusda süni peyklərə termik və ya radioaktiv təsir nəticəsində dərhal məhv ediləcəyinə zəmanət verirdi. ABŞ Hərbi Hava Qüvvələri Kaliforniyanın Vandenberq şəhərindəki və ya Sakit okeandakı Conston adalarında yerləşən bazalarının start meydançalarından istifadə edir. Peyk əleyhinə raketlərinin idarə olunması və bir sıra qeyri-nüvə sınaqlarının keçirilməsi üçün ABŞ Hərbi Hava Qüvvələrində 10-cu Aerokosmik Müdafiə Aviadəstəsi yaradılıb. Amerikalılar ağır nüvə başlığının aşağı orbitli peyklərə qarşı ən yaxşı mübarizə vasitəsi olmadığına əmin olsalar da "Tor" raketlərini 1975-ci ilə qədər Conston adasındakı start meydançasında daim döyüşə hazır vəziyyətdə saxladılar.

"437-ci Proqram"ın inkişafına bəzi şərtlərin, o cümlədən risklərin də mane olması açıq-aydın görünürdü. ABŞ yaxşı anlayırdı ki, peyklərə qarşı nüvə zərbələri Sovet İttifaqı tərəfindən hərbi əməliyyatların başlanğıcı kimi qəbul edilə bilər, bu isə Moskvanın cavab addımı atmasına səbəb olacaq. Belə bir hücum qlobal nüvə müharibəsinə səbəb olmasa da - "Starfish Prime" raketlərinin sınaqları zamanı olduğu kimi - Moskvanın da sanki "təsadüfən" ABŞ və müttəfiqlərinin peyklərini sıradan çıxara biləcəyi riski daim mövcud idi. Proqramın bağlanmasına səbəb raketlərin resursunun başa çatması oldu. Maliyyə vəsaitinin çatışmamazlığı ABŞ-ın hərbi büdcəsinin böyük bir hissəsinin Vyetnam müharibəsinə sərf edilməsilə əlaqəli idi. Buna görə 1975-ci ildə Pentaqon nəhayət "437-ci Proqram"ı bağladı. 1963-cü ilin avqustun 5-də ABŞ, SSRİ və Böyük Britaniya atmosferdə, kosmosda və su altında nüvə sınaqlarının qadağan olunması haqqında birgə müqavilə imzaladılar.

Lakin bu dövlətlərdən heç biri peyk əleyhinə qeyri-nüvə silahlarının yaradılmasından imtina etmədi. ABŞ-da 1977-1988-ci illərdə ASAT proqramı (AntiSatellite) çərçivəsində fəal işlər aparılırdı. Kinetik ələ keçirici və daşıyıcı təyyarələrinin bazasında yeni nəsil peyk əleyhinə silahlar yaratmaq üçün tədbirlər görülürdü.

1984-1985-ci illərdə havadan buraxılan peyk əleyhinə raketin uçuş sınaqları keçirildi. Beş sınaqdan sadəcə birində ələ keçirici kosmik hədəfi məhv edə bildi. Lakin bu tamamilə fərqli bir mövzudur.

Yazı Yuferev Sergeyin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ-SSRİ   Peyk   437-Proqram  

"437-ci Proqram": Amerikalılar Sovet peykini necə vurublar? - ARAŞDIRMA

2018/07/56456_1532093886.png
Oxunub: 2118     18:32     21 İyul 2018    