Ermənistan Gürcüstandakı NATO təlimlərinə qatılacaq

2018/07/456456_1532084930.jpg
Oxunub: 969     19:07     20 İyul 2018    
Avqustun 1-dən 15-dək Gürcüstanda bir sıra NATO üzvlərinin iştirakı ilə çoxtərəfli təlimlər keçiriləcək. Təlimlərdə Ermənistan da iştirak edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Mənbənin bildirdiyinə görə, bu il təxminən 3 min hərbçinin iştirakı ilə keçiriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan iştirak edəcək.

Qeyd edək ki, ötən il Ermənistan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etməkdən imtina etmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Gürcüstan   NATO  

Ermənistan Gürcüstandakı NATO təlimlərinə qatılacaq

2018/07/456456_1532084930.jpg
Oxunub: 970     19:07     20 İyul 2018    