Yevgeni Mixaylov: “Rusiya hərbi bazasını Ermənistandan geri çəksə daha yaxşı olardı”

2018/07/67868_1532081369.jpg
Oxunub: 5063     18:05     20 İyul 2018    
Ermənistanda anti-Rusiya təşvişi davam edir. Belə baxanda erməni cəmiyyətində həmişə şovinistik və xüsusilə də Rusiya əleyhinə fikirlər mövcud olub. Ən azından xatırlayaq ki, Ermənistan keçmiş İttifaqın ərazisində praktiki olaraq yeganə monoetnik dövlət idi. Ancaq müəyyən bir vaxta qədər Ermənistanda, anti-Rusiya hissləri maskalanmağı bacarmışdı. Çünki İrəvanda Rusiya hərbi birliyindən və Moskvadan, xüsusilə hərbi-texniki sahədə praktiki olaraq əvəzsiz yardımın əldə edilməsinin faydalarını başa düşürdülər.

Lakin Paşınyanın və onun komandasının hakimiyyətə gəlməsi ilə, erməni cəmiyyətindəki anti-Rusiya meyllərinin artmasına mane olan zəncirlər qırıldı. Və bu gün təkcə cəmiyyətdə deyil, həm də KİV-lərdə anti-Rusiya fikirlərinin real həyəcanını görürük. Üstəlik, bu təşvişin önündə "Haykakan Jamanak" qəzeti durur. Bu gün "HJ" Ermənistanda yalnız bir qəzet deyil, hakimiyyətin ağzıdır. Çünki o 1999-cu ildə Nikol Paşinyanın səyləri ilə yaradılıb və ona Paşınyanın həyat yoldaşı Anna Hakopyan başçılıq edir.

Ermənistanda hakim ailəyə məxsus qəzetin dünənki yazısı belə idi: "102-ci Rusiya hərbi bazasının hərbçiləri Şirak rayon sakinlərini tanklarla, Gümrü sakinlərni isə hərbi təyyarələrlə qorxutdular. İyulun 17-də Gümrüdə yerləşən "Şirak" hava limanının yaxınlıqında olan evlərin sakinləri rus təyyarələrinin hədsiz dərəcədə aşağı yüksəklikdə uçuşları ilə qorxudulublar".

Beləliklə, sosial şəbəkə istifadəçisi Sergey Darbinyan yazır: "Hamıya xüsusi ilə Panik sakinlərnə salam. İki gün əvvəl mən Gümrüdən Peterburqa uçurdum, Rusiya təyyarələri 50-60 metr hündürlükdə uçurdular. Bəlkə də hava limanının rəhbərliyi də hərəkətsizliyə görə məsuliyyətə cəlb olunmalıdır. Afərin Nikol, tarixdə ilk dəfədir ki, kobud və yerində cavab verildi".

Digər bir istifadəçi bu vəziyyəti belə izah etdi: "Bu nədir! Bu gün, Şirak hava limanında, sürətli MiQ-lər yaşayış binaları ilə 100 metr məsafədə manevrlar edirdilər. Sakinlər təşviş icində idilər. Onlar Allahsızdır..."

"Aydındır ki, Paşinyan və onun həyat yoldaşı, belə bir səs-küyün bəhanəsilə Rusiya ordusunun Ermənistandan çıxarılmasını tələb edərək Qərbin qucağına atılmaq üçün məqsədyönlü şəkildə erməni cəmiyyətini Rusiya hərbi bazasına və ümumiyyətlə, Rusiyaya qarşı yönəldir. Lakin İrəvanın Rusiyada bunu hiss etmədiklərinə inanması böyük səhvdir".

Bunu Ordu.az-a açıqlamasında rusiyalı jurnalist-analitik, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, baş redaktoru Nikol Paşinyanın həyat yoldaşı - Anna Hakopyanın olduğu erməni nəşrində dərc olunan məqalə, Ermənistan hakimiyyətinin əsas müttəfiqi və müdafiəçisi - Rusiyaya olan əsl münasibətini xarakterizə edir.

"Məqalədə Şirak rayonunda təlimlər keçirən 102-ci bazanın şəxsi heyəti allahsız adlandırılıb və bütün bu hərəkətlər respublikanın milli maraqlarının pozulması və təxribat kimi qiymətləndirilib.

Yəni, biz inanmalıyıq ki, Ermənistanın dünya siyasi xəritəsində mövcudluğuna ən çox səy göstərən ölkənin əsgərləri, burada "ağanın" kim olduğunu göstərmək üçün dinc əhalini qorxudublar. Mənim ermənilərə bir sualım var: əsgərlər orduda necə davranmalıdırlar? Mübarizə aparmağı və xarici təcavüzü dəf etməyi öyrənməlidilər. Rusiya əsgərləri həmin erməniləri təhdidlərdən müdafiə etmək üçün təlimlər keçiriblər. Burda nə var ki?

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsindədir. Orduları da acınacaqlı bir vəziyyətdədir. Rusiya isə onların təhlükəsizliyinin təminatçısı olaraq, yerində döyüşçülərini hazırlayır. Və bu döyüşcülər gərək olduqda erməni millətinə görə canlarından keçəçəklər. Yəni, Rusiya özünü qurban verməyə hazır olmasına baxmayaraq belə bir haqsızlıq ortaya çıxır", - deyə o qeyd edib.

Rusiyalı ekspert qeyd edib ki, baş verənlərin hamısı Rusiya ilə münasibətlərin pozulmasına yönəldilən bir strategiyadır: "Mənim fikrimcə, Ermənistanın bir növ müstəqillik əldə etməyə cəhdləri milli faciəyə və erməni dövlətçiliyinin itkisinə səbəb olacaq. Məsələ Rusiya hərbi bazasının çıxarılmasında deyil. Hazırkı erməni siyasətçiləri özləri ölkəni dağılmağa və xarici amillərdən asılılığa düşməyə məcbur edəcəklər.

Məncə, Rusiya hərbi bazasını Ermənistan ərazisindən geri çəksə daha yaxşı olardı, çünki ona qarşı silahlı təxribatlar da ola bilər. Ermənilər bu bazanı istəmirlərsə, onda ağlamasınlar ki, ruslar onları atıb. Vaxt dəyişdikcə və müttəfiqlər də dəyişir".

Bəhram Batıyev
Ordu.az

Teqlər: Rusiya-Ermənistan   102-baza  

Yevgeni Mixaylov: “Rusiya hərbi bazasını Ermənistandan geri çəksə daha yaxşı olardı”

2018/07/67868_1532081369.jpg
Oxunub: 5064     18:05     20 İyul 2018    