“NATO Gürcüstanın təhlükəsizliyinə dəstəkdə yekdildir” – Stoltenberq

2018/07/bakhtadze_stoltenberg_2_450x300_1531989110.jpg
Oxunub: 1079     16:27     19 İyul 2018    
“NATO-nun bütün üzv dövlətləri Gürcüstanın təhlükəsizliyinə verdiyimiz dəstək üzərində ortaq mövqeyə sahibdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib.

NATO-nun Brüsseldəki mənzil-qərargahında Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qəbul edən Stoltenberq rəhbərlik etdiyi qurumun Gürcüstana dəstəyini bir daha dilə gətirib.

Ötən həftə baş tutan sammitdə də dövlət və hökumət başçılarının Gürcüstanın NATO-ya üzv olma yolundakı səylərini dəstəklədiyini xatırladan Stoltenberq NATO-nun bu istiqamətdə də Gürcüstana kömək edəcəyini bildirib.

Tərəflər görüşdə həmçinin Qara dəniz regionundakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Baxtadze ölkəsinin NATO-ya üzv olma arzusuna sadiq qaldığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Stoltenberq   Gürcüstan  

“NATO Gürcüstanın təhlükəsizliyinə dəstəkdə yekdildir” – Stoltenberq

2018/07/bakhtadze_stoltenberg_2_450x300_1531989110.jpg
Oxunub: 1080     16:27     19 İyul 2018    