Əfqanıstanda son 24 saat: 93 qiyamçı məhv edilib (HESABAT)

2018/07/Снимок_1531984961.png
Oxunub: 1045     15:17     19 İyul 2018    
Əfqanıstan Milli Ordusu ötən gün ölkənin dörd bir yanında “Taliban” qiymaçılarına qarşı irimiqyaslı əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi ötən gün baş verən qarşıdurmalarla bağlı bu gün səhər rəsmi hesabatını yayımlayıb.

Bildirilir ki, ordu ötən gün polis və jandarma qüvvələrinin də dəstəyi ilə 15 fərqli vilayətdə havadan və qurudan intensiv əməliyyatlar aparıb.

Hesabata əsasən qarşıdurmaların mərkəzində Paktiyə və Kunduz bölgələri dayanıb. Belə ki, Paktiyədə 29, Kunduzda isə 21 qiyamçı məhv edilib.

Son 24 saatda Əfqanıstan Quru Qoşunlarının 12, Xüsusi Təyinatlı Qüvvələrin 98, Hərbi Hava Qüvvələrinin isə 94 əməliyyatı baş tutub.

Qeyd olunub ki, ümumilikdə ötən gün aparılan 204 müxtəlif əməliyyatda “Taliban”ın 93 üzvü məhv edilib, daha 21-i isə yaralanıb.

Əfqanıstan silahlı qüvvələrinin isə 27 üzvü həlak olub, 11-i yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Taliban   Hesabat  

Əfqanıstanda son 24 saat: 93 qiyamçı məhv edilib (HESABAT)

2018/07/Снимок_1531984961.png
Oxunub: 1046     15:17     19 İyul 2018    