Pentaqon ilk hipersəs hücum silahları üçün əlavə maliyyə tələb edir

2018/07/received_2199864283579229_1531941423.jpeg
Oxunub: 855     02:41     19 İyul 2018    
Pentaqon ABŞ Konqresindən hücum xarakterli ilk hipersəs silahlarının istehsalı üçün ABŞ Hərbi Hava Qüvvələrinə daha çox vəsait ayrılmasını tələb edir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Pentaqon bu vəsaitin daha az əhəmiyyətə sahib müdafiə proqramlarından götürülərək hipersəs silahların təkmilləşdirilməsinə yönləndirilə biləcəyini bildirib.

Məlumata görə, qurum havadan atılaraq səsdən beş dəfə daha sürətlə hərəkət edə bilən hücum silahları üçün 20 milyon dollar vəsait istəyib.

Bundan əlavə olaraq qurudan atılan hipersəs silahlarının əldə edilmə prosesini sürətləndirmək üçün isə daha 65 milyon dollar vəsait tələb olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Hipersəs  

Pentaqon ilk hipersəs hücum silahları üçün əlavə maliyyə tələb edir

2018/07/received_2199864283579229_1531941423.jpeg
Oxunub: 856     02:41     19 İyul 2018    