Səudiyyə Ərəbistanı "Lockheed"ə 450,7 milyon dollarlıq patrul gəmisi sifariş verib

2018/07/Снимок_1531850045.png
Oxunub: 1012     01:56     18 İyul 2018    
Səudiyyə Ərəbistanı Donanması ilə "ABŞ-ın "Lockheed Martin" şirkəti arasında 450,7 milyon dollarlıq müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Donanmasının sözçüsü bildirib.

O qeyd edib ki, hazırda Donanmanın xidmətində 4 patrul gəmisi mövcuddur ki, bunların da hamısı hazırkı standartlara tam olaraq cavab vermir. Buna görə də ordu rəhbərliyi yeni patrul gəmisinin alınmasını istəyir.

Bu səbəbdən dolayı artıq Donanma ilə "Lockheed Martin" şirkəti arasında yeni patrul gəmisinin istehsalı ilə bağlı rəsmi razılıq əldə edilib.

Bildirilir ki, 450,7 milyona başa gələcək gəminin istehsalına 2019-cu ildən etibarən başlanılacaq.

Səudiyyə Ərəbistanının Hind okeanındakı sahil sularına nəzarət məqsədilə isifadə olunacaq gəminin 2024-cü ildə krallığın hərbi donanmasına təhvil veriləcəyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səudiyyə-Ərəbistanı   Lockheed-Martin   Patrul-Gəmisi  

Səudiyyə Ərəbistanı "Lockheed"ə 450,7 milyon dollarlıq patrul gəmisi sifariş verib

2018/07/Снимок_1531850045.png
Oxunub: 1013     01:56     18 İyul 2018    